Menu
Xəbər Lenti
COP-29
Dün, 16:08

COP-29

COP-29
19-11-2024, 08:04

COP-29

11 Haz 10:36Manşet / Gündəm

XEYRİYYƏÇİLİK - XALQIN VƏ DÖVLƏTİN MARAQLARINA TƏMƏNNASIZ XİDMƏTDİR

 

Xeyriyyəçilik xalqımızın milli-mənəvi dəyərlərindən biri kimi zəngin ənənələrə malikdir. Tarix boyu əcdadlarımız xeyirxahlığı, mərdliyi, səxavətli olmağı və başqalarına əl tutmağı çox vacib əməl, savab iş sayıblar. Müqəddəs dinimiz də insanları daim xeyir işlər görməyə çağırıb və təşviq edib.


Bu böyük həyat yolunda aqil, əqidəli, insanların tərəddüdləri, şübhələri olubsa da bunu o insanların yox, zamanın ayağına yazmaq gərəkdir. Məqsədi, məramı olan insan isə zamanın bulanıq dalğalarından mərd, üzüağ adlayaraq silkinib çıxır, yaşayır və yaradır. El ruhunda elə bir cazibə var ki, ona bağlı olanların adlarını yüz illərdən sonra da olsa çəkib gətirir, yaşadır, urvatlandırır. Çünki, dünyada yazlnız xalqın sevgisinə bel bağlamaq olar. Xalq sevgisi təmənnasızdı, xalq sevgisi doğmalıq kəmərindən keçir. Xalq öz sevdiyini, onun üçün yananı köynəyinin içərisindən keçirib doğmalaşdırır. Çünki, ən etibarlı abidə də, ən toxunulmaz arxiv də xalqın ürəyi və yaddaşıdır. "Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov – vətənpərvər iş adamı, xalqının fəxri vətəndaşı...


 

Hər bir məşhur, uğurlu insanın böyüklüyü doğma vətənin, xalqın işığında, gördüyü işlərin səmərəli fəaliyyətinin nəticəsində tərəziyə qoyulur. Buna missiya deyilir. Böyük yüksəliş yolunda Hacı Məhərrəm Novruzovun tərəddüdləri, şübhələri də çox olub. Bu isə təbiidir, hər bir məqsədli, məramlı insanın uzun yola çıxarkən keçirdiyi narahat hislərdir, həyatın sınağı və qanunudur. Hacı Məhərrəm Novruzov gələcək hədəflərini göz önünə alan uğurlu, barmaqla sayılan insanlar sırasındadır. Ona görədir ki, Hacı Məhərrəm Novruzov həyat yolu həyat təcrübələrinin içindən keçə-keçə, təbiət qanunauyğunluqlarında olduğu kimi sadədən müərkkəbə doğru irəliləyib. Hər bir missiyanın nüvəsində isə zəhmət, fasiləsiz əziyyət dayanır.


 Hacı Məhərrəm Novruzova uzaqdan-uzağa tanıyıb ehtiram göstərmək azmış,  şifahi söyləmələr belə insanlar üçün deyil. Hacı  kimi insanlardan yazmaq lazımdı. Çünki, onlar bir nümunə, bir canlı tarix, bir böyük həyat məktəbidir. Çoxları üçün, çoxumuz üçün. Bir də onu hiss etdim ki, Hacı Məhərrəm Novruzovun zəngin və maraqlı həyat fəaliyyəti, məhsuldar əmək fəaliyyəti, axtarışları həyati və bir rəhbər işçi olaraq, bir ictimai xadim olaraq və ən nəhayət insani xüsusiyyətləri barədə bir kiçik məqalədə demək istədiklərimin hamısını çatdırmaq çətindir. Həyat və idarəçilik yolları bir-birinə bənzəmir. Bununla uyğun olaraq cəmiyyətdə tutulan yerlər də fərqlidir; Xalqın sərkərdəsi də var, fərarisi də. Öz yurdunu hörmətə mindirəni də var, hörmətdən salanı da, dünya boyu millətin bayrağını ucaldanı da var, millətin üzqarası olanı da. Ömrü xalqın taleyindən ayrılmayan, onun tarixinin yaranmasında öz boyun borcunu ödəyən, ağır və xoş günlərdə hadisələrin kəsişmə nöqtəsində olan, millətin, xalqın bütün ağrılarını içindən keçirən şəxsiyyəti, mənliyi və əməyi ilə mayaka çevrilən və bütün bunlara görə isə bəlkə də öz şəxsi taleyini arxa plana keçirən insanlar da var. Hacı Məhərrəm Novruzov bu insanlardan biridi. O, bir vətəndaş, idarəçi rəhbər və vətənpərvər iş adamı olaraq uzun illər yorulmadan xalqına xidmət etməklə icra etmişdir. Bunu görmək üçün ayrıca bir araşdırma aparmağa belə ehtiyac yoxdur. Onun iş yerlərini, fəaliyyətini, ömür yolunu ümumi şəkildə göz önünə gətirsək yetərlidir.  


Kim olursan ol, harada olursan ol, nə mənsəbin sahibi olursan ol, özündən, oxundan çıxma deyir, filosof Konfutsi. Fəzilətlərin ən seçiləni ədalət və xeyirxahlıqdı. Bəli, xeyirxahlıq ömrü uzadır. Bu doğurdan da belədir. Göylərin bu əməl üçün ayrıca mükafatı var. Hacı Məhərrəm Novruzov vətənə, xalqa uzunömürlü xidmətində artıq bunu dəfələrlə sübuta yetirib. Hacı  bu gün də sübut edir ki, ömrü mənəvi dəyərlərə, milli qeyrətə və savaba, tamahsız xeyirə və şərə sərf edəndə ömür və səhhət heç zaman tükənmir. Milli qeyrət! Çox vaxt namus sözü ilə yanaşı işlənsə də qeyrət təkcə namusun sinonimi deyil, o həm mərdliyin, həm mərhəmətin, vətəndaşlığın, kişiliyin, fədakarlığın sinonimidi. İnsanlığa xidmət etmək qabiliyyətinin, millət yolunda çıraq kimi yanmaq ifadəsinin sinonimi, ekvivalentidir.


Hacı Məhərrəm Novruzov həmişə olduğu kimi dövlət və dövlətçilik ənənələrini qoruyub saxlayır. Ulu Öndər Heydər Əliyevi uğurlu siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Kimandan İlham Əliyevin siyasətini dəstəkləyir. Həmişə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlara və aztəminatlı ailələri maddi-mənəvi dəstək göstərir. Bununla yanaşı Hacı Məhərrəm Novruzov mətbuat işçiləri ilə sıx əlaqələr qurur, onlarla dostluq edir. 

Hacı Məhərrəm Novruzov böyük zəhməti, xalq qarşısında qazandığı hörmət, şöhrət hər kişiyə nəsib olan xoşbəxtlik deyil. Yolunuz açıq, ömrünüz uzun olsun, hörmətli Hacı Məhərrəm Novruzov!