Menu
Xəbər Lenti
Bəzi yerlərə leysan yağır
16-10-2024, 07:56

Bəzi yerlərə leysan yağır

İspaniya pley-offda!
16-10-2024, 07:29

İspaniya pley-offda!

Tıxac olan yollar - Siyahı
15-10-2024, 07:43

Tıxac olan yollar - Siyahı

01 Haz 17:40Manşet / Gündəm

YÜKSƏK PEŞƏKARLIQ VƏ AYDIN VƏTƏNDAŞ MÖVQEYİ

 

          Bu böyük həyat yolunda aqil, əqidəli, insanların tərəddüdləri, şübhələri olubsa da bunu o insanların yox, Zamanın ayağına yazmaq gərəkdir. Məqsədi, məramı olan insan isə zamanın bulanıq dalğalarından mərd, üzüağ adlayaraq silkinib çıxır, yaşayır və yaradır. El ruhunda elə bir cazibə var ki, ona bağlı olanların adlarını yüz illərdən sonra da olsa çəkib gətirir, yaşadır, urvatlandırır. Çünki, dünyada yazlnız xalqın sevgisinə bel bağlamaq olar. Xalq sevgisi təmənnasızdı, xalq sevgisi doğmalıq kəmərindən keçir. Xalq öz sevdiyini, onun üçün yananı köynəyinin içərisindən keçirib doğmalaşdırır. Çünki, ən etibarlı abidə də, ən toxunulmaz arxiv də xalqın ürəyi və yaddaşıdır. Azər Əziz oğlu Bayramov – Azərbaycanın dövlət xadimi, xalqının fəxri vətəndaşı...


Hər bir məşhur, uğurlu insanın böyüklüyü doğma vətənin, xalqın işığında, gördüyü işlərin səmərəli fəaliyyətinin nəticəsində tərəziyə qoyulur. Buna missiya deyilir. Böyük yüksəliş yolunda Azər müəllimin tərəddüdləri, şübhələri də çox olub. Bu isə təbiidir, hər bir məqsədli, məramlı insanın uzun yola çıxarkən keçirdiyi narahat hislərdir, həyatın sınağı və qanunudur. Azər Bayramov gələcək hədəflərini göz önünə alan uğurlu, barmaqla sayılan insanlar sırasındadır. Ona görədir ki, Azər müəllimin həyat yolu həyat təcrübələrinin içindən keçə-keçə, təbiət qanunauyğunluqlarında olduğu kimi sadədən müərkkəbə doğru irəliləyib. Hər bir missiyanın nüvəsində isə zəhmət, fasiləsiz əziyyət dayanır.


Öz arzularına yoldaş olub irəliləyən, müxtəlif əziyyətlərdən keçərək, zəhmətinin bəhrəsini dadan uğurlu insanların həyatından çox yazmışıq. Qələm də belə insanlardan yazanda səxavətini birə-min artırır. Qələmi ələ alanda hiss etdim ki, əslində hörmətli vətəndaşımıza, Azər müəllimə uzaqdan-uzağa tanıyıb ehtiram göstərmək azmış,  şifahi söyləmələr belə insanlar üçün deyil. Azər müəllim kimi insanlardan yazmaq lazımdı. Çünki, onlar bir nümunə, bir canlı tarix, bir böyük həyat məktəbidir. Çoxları üçün, çoxumuz üçün. Bir də onu hiss etdim ki, Azər Bayramovun zəngin və maraqlı həyat fəaliyyəti, məhsuldar əmək fəaliyyəti, axtarışları həyati və bir rəhbər işçi olaraq, bir ictimai xadim olaraq və ən nəhayət insani xüsusiyyətləri barədə bir kiçik məqalədə demək istədiklərimin hamısını çatdırmaq çətindir. Həyat və idarəçilik yolları bir-birinə bənzəmir. Bununla uyğun olaraq cəmiyyətdə tutulan yerlər də fərqlidir; Xalqın sərkərdəsi də var, fərarisi də. Öz yurdunu hörmətə mindirəni də var, hörmətdən salanı da, dünya boyu millətin bayrağını ucaldanı da var, millətin üzqarası olanı da. Ömrü xalqın taleyindən ayrılmayan, onun tarixinin yaranmasında öz boyun borcunu ödəyən, ağır və xoş günlərdə hadisələrin kəsişmə nöqtəsində olan, millətin, xalqın bütün ağrılarını içindən keçirən şəxsiyyəti, mənliyi və əməyi ilə mayaka çevrilən və bütün bunlara görə isə bəlkə də öz şəxsi taleyini arxa plana keçirən insanlar da var. Azər Bayramov  bu insanlardan biridi. O, bir vətəndaş, idarəçi rəhbər və dövlət xadimi olaraq uzun illər vəzifəsini yorulmadan xalqına xidmət etməklə icra etmişdir. Bunu görmək üçün ayrıca bir araşdırma aparmağa belə ehtiyac yoxdur. Onun iş yerlərini, fəaliyyətini, ömür yolunu ümumi şəkildə göz önünə gətirsək yetərlidir.  


Zərur giriş: 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub (Əslən Azərbaycanımızın gözəl güşələrindən biri olan Gədəbəy rayonunun Nərimankənd kəndindəndir). 1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə - İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisası üzrə ali təhsil almışdır. 2000-ci ildə isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi əmək fəaliyyətinə başlamışdır. 1992-1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Beynəlxalq Vergiqoyma İdarəsinin rəisi, 1997-1999-cu illərdə isə İri Vergi Ödəyiciləri ilə İş Üzrə idarəsinin rəisi, 2000 - 2004-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi olmuşdur.

2004-cü ildən Azərbaycan Respublikası maliyyə nazirinin müavini, eyni zamanda Büdcə Gəlirlərinin Proqnozlaşdırılması üzrə Komissiyanın sədridir.

Ailəlidir, üç övladı var.


 

Ümumiyyətlə, hər zaman bu insanın yorulmaz işgüzarlığından ayrıca danışılır, bu barədə ayrıca vurğulanır. Azər müəllim bu gün bir dövlət xadimi olaraq respublikada böyük hörmət və nüfuz sahibidi. Bir tərəfdə müdrik sadəlik, digər tərəfdə yeni qapıları açılan illərin təcrübəsinə söykənən vəzifə fəaliyyəti – ali xidmət. Bu isə Azər müəllimin böyük insanlıq, millət, vətən sevgisinin bir cavabıdı.


Azər Bayramovun böyük zəhməti, xalq qarşısında qazandığı hörmət, şöhrət hər kişiyə nəsib olan xoşbəxtlik deyil. Yolunuz açıq, ömrünüz uzun olsun, hörmətli Azər müəllim!


 

Fərid Faiqoğlu

“Xezertv.info”nun baş redaktoru

 

Hürü Hacızadə

Yazıçı-publisist

               “Siyasət və Gerçək Uğur” jurnalının baş redaktoru