ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Xalqına bağlı vətənpərvər iş adamı – “Ekskluziv Elektrik” şirkətinin rəhbəri Elşən İsmayılov
Müasir Azərbaycan cəmiyyətində öz fəaliyyəti, vətənpərvər mövqeyi və insanlara göstərdiyi qayğı ilə seçilən iş adamları daim hörmət və rəğbətlə qarşılanırlar. Belə nümunəvi şəxslərdən biri də “Ekskluziv Elektrik” şirkətinin rəhbəri Elşən İsmayılovdir. O, uğurlu sahibkar olmaqla yanaşı, yüksək mənəvi keyfiyyətləri, dövlətə və dövlətçiliyə sədaqəti, şəhid ailələrinə, qazilərə və sosial həssas qrupa aid insanlara göstərdiyi diqqət və qayğı ilə tanınan nüfuzlu iş adamlarından biridir.
Elşən müəllimin həyat və fəaliyyət yoluna nəzər saldıqda görmək olur ki, onun əsas prinsipi xalqa xidmət etmək, insanlara fayda vermək və dövlətin inkişafına töhfə göstərməkdir. O, sahibkarlıq fəaliyyətini yalnız maddi qazanc üzərində qurmamış, eyni zamanda sosial məsuliyyət anlayışını daim ön planda saxlamışdır. “Ekskluziv Elektrik” şirkətinin uğurları da məhz düzgün idarəçilik, peşəkarlıq və insan amilinə verilən yüksək dəyərin nəticəsidir.
Bu gün Azərbaycanda sahibkarlığın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sahibkarlığın inkişafı, özəl sektorun gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkəmizdə sahibkarlar üçün geniş imkanlar yaradılmış, milli iqtisadiyyatın inkişafında onların rolu daha da artmışdır. Elşən İsmayılov kimi vətənpərvər sahibkarlar isə bu siyasətə öz əməli fəaliyyətləri ilə töhfə verirlər.
“Elşən müəllim” adı bu gün təkcə uğurlu sahibkar kimi deyil, həm də xeyirxah insan kimi hörmətlə çəkilir. O, xüsusilə sosial həssas qrupa aid ailələrə, aztəminatlı insanlara, qazilərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı ilə seçilir. Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş qazilərimizə dəstək olmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Elşən İsmayılov isə bu müqəddəs missiyanı daim diqqətdə saxlayan, ehtiyacı olan insanlara kömək etməyi öz vicdani borcu hesab edən iş adamlarındandır.
Onun şəhid ailələri və qazilərlə keçirdiyi görüşlər, göstərdiyi maddi və mənəvi dəstək, insanların problemlərinə həssas yanaşması cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Elşən müəllim hər zaman bildirir ki, bu torpaqların bütövlüyü uğrunda canından keçən qəhrəmanların ailələrinə qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur. O, qazilərimizin və şəhid ailələrinin problemlərinə biganə qalmır, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində müxtəlif xeyriyyə aksiyalarında fəal iştirak edir.
Azərbaycan dövləti də şəhid ailələri və qazilərə daim xüsusi diqqət və qayğı göstərir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial proqramlar bu kateqoriyadan olan insanların rifahının yüksəldilməsinə xidmət edir. Elşən İsmayılov da dövlətin həyata keçirdiyi bu humanist siyasətə dəstək verərək sosial məsuliyyət nümunəsi ortaya qoyur.
“Elkskluziv Elektrik” şirkətinin fəaliyyətində keyfiyyət, etibarlılıq və müasir yanaşma əsas prinsiplərdən hesab olunur. Elşən müəllimin rəhbərliyi ilə şirkət qısa müddətdə etimad qazanan müəssisələrdən birinə çevrilmişdir. O, işində daim yeniliklərə üstünlük verir, peşəkar kadrların yetişməsinə diqqət göstərir və kollektivdə sağlam iş mühitinin formalaşmasına xüsusi önəm verir. Onun rəhbər kimi əsas xüsusiyyətlərindən biri də əməkdaşlara qayğı ilə yanaşması və insan amilini hər zaman ön planda saxlamasıdır.
Elşən İsmayılov vətənpərvərliyi ilə də seçilən iş adamlarındandır. O, dövlətə və dövlətçiliyə sadiq mövqeyi, milli maraqlara bağlılığı ilə cəmiyyət arasında nüfuz qazanmışdır. Azərbaycanın qazandığı uğurlar, ölkəmizin inkişafı və beynəlxalq nüfuzunun artması Elşən müəllim kimi ziyalı və vətənpərvər insanların fəaliyyətində də öz əksini tapır. O, hər zaman dövlətimizin milli maraqlarını dəstəkləyən, ölkəmizin tərəqqisi üçün çalışan insanlardan biri olmuşdur.
İnsanların ona göstərdiyi hörmətin əsas səbəblərindən biri də onun sadəliyi və səmimiyyətidir. Böyük uğurlar qazanmasına baxmayaraq, Elşən müəllim insanlarla münasibətdə daim təvazökar davranır, ehtiyacı olan insanların problemlərinə həssas yanaşır. Bu xüsusiyyətlər isə onu cəmiyyət arasında nümunəvi iş adamına çevirir.
Bu gün “Ekskluziv Elektrik” şirkətinin qazandığı uğurların arxasında Elşən İsmayılovun zəhməti, peşəkarlığı və düzgün idarəçilik bacarığı dayanır. O, fəaliyyəti ilə sübut edir ki, sahibkarlıq yalnız biznes fəaliyyəti deyil, eyni zamanda xalqa və dövlətə xidmət missiyasıdır.
Belə insanlar cəmiyyət üçün örnəkdir. Çünki xalqa xidmət etmək, sosial həssas insanlara dəstək olmaq, şəhid ailələrinin və qazilərin yanında dayanmaq yüksək mənəvi keyfiyyət və böyük ürək tələb edir. Elşən İsmayılov də məhz bu ali xüsusiyyətləri özündə birləşdirən, fəaliyyəti və insanlığı ilə seçilən vətənpərvər iş adamlarından biridir.
Fərid Faiqoğlu
AJB-nin üzvü




































































