Menu
Xəbər Lenti
Bakıya leysan yağır
17-10-2025, 08:14

Bakıya leysan yağır

20 Oktyabr 2025 15:46Manşet / Gündəm / Siyasət

Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” Agentliyinə geniş müsahibə verib. Müsahibədə dövlət başçımız ölkəmizin Qazaxıstanla enerji, logistika, ticarət, bağlantılarla bağlı əməkdaşlığı barədə qeyd edib

 

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər qədim tarixə, ortaq dəyərlərə və qardaşlıq tellərinə əsaslansa da, son illərdə bu əlaqələr xüsusilə enerji sektorunda strateji məna kəsb edib. Neft-qaz sahəsində iki ölkənin əsas şirkətləri — SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında imzalanmış Aktau–Ceyhan marşrutu üzrə saziş bu əməkdaşlığın mühüm göstəricisidir.
Bu saziş çərçivəsində ildə 1,5 milyon ton Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilətranziti nəzərdə tutulur. Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm hadisədir, çünki Xəzər regionunda enerji marşrutlarının şaxələndirilməsini təmin edir və Qazaxıstan neftinin dünya bazarlarına çıxışı üçün yeni imkanlar yaradır.


Azərbaycan, Xəzər resurslarını qlobal bazarlara təhlükəsiz çıxaran etibarlı tərəfdaş kimi tanınır. Şaxələndirilmiş kəmər infrastrukturu ilə 14 ölkəyə qaz tədarük olunur və bu, Avropanın enerji təhlükəsizliyində alternativ rol oynayır. Paralel olaraq, Azərbaycan bərpaolunan enerjidə (günəş, külək, hidro) regionun öncül oyunçusuna çevrilir. COP29-da Azərbaycan-Qazaxıstan-Özbəkistan arasında imzalanan yaşıl enerji üzrə strateji tərəfdaşlıq sənədi, Xəzər-Qara dəniz marşrutu ilə yaşıl elektrik ixracını reallığa çevirməyi hədəfləyir.


Prezident qeyd edib ki, 2024-cü ildə Qaazaxıstanla tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin azaldılması ilə bağlı əlavə saziş imzalanıb. Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir.


Enerji əməkdaşlığını dəstəkləyən əsas amillərdən biri Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) səmərəliliyidir. Aktau və Ələt limanlarında infrastrukturun modernləşdirilməsi, yeni logistika mərkəzlərinin yaradılması və qatar parkının yenilənməsi bu marşrutun Avropa ilə Asiyanı birləşdirən əsas tranzit xətti kimi mövqeyini gücləndirir. Azərbaycan və Qazaxıstan bu istiqamətdə birgə səylərlə enerji, yükdaşımalar və sənaye əlaqələrinin inteqrasiyasına nail olmaqdadır.


İki ölkə arasında gəmiqayırma sahəsində tərəfdaşlıq da mühüm sənaye əməkdaşlığı istiqamətidir. Xəzərdə neftin və digər yüklərin daşınması üçün müasir gəmilərin istehsalı, texnoloji təchizatın müasirləşdirilməsi və birgə istehsal təşəbbüsləri regional sənaye potensialını artırır. Bu əməkdaşlıq həm də yerli istehsal güclərinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.


Azərbaycan–Qazaxıstan münasibətləri təkcə enerji və iqtisadi müstəvidə deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha geniş siyasi və strateji əməkdaşlıq platforması üzərində formalaşır.


TDT türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində  Naxçıvan şəhərində keçirilmiş Zirvə Görüşündə imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında Naxçıvan Sazişi”nə (Naxçıvan Sazişi) əsasən Azərbaycan və Qazaxıstan təşkilatın təsisçi  üzvləri olmuşlar. Hər iki ölkə TDT-nin inkişafına töhfə verir. Bu görüşlərdə qəbul edilən bəyannamələr Türk dünyasının siyasi, iqtisadi və hərbi gücünü artırmaq, onu qlobal arenada güc mərkəzinə çevirmək istiqamətində mühüm addımlardır. Son illərdə keçirilən Şuşa və Qəbələ Zirvə Görüşləri ölkələrimiz arasında siyasi dialoqun və qarşılıqlı etimadın daha da dərinləşdiyini göstərib.


Azərbaycan ilə Qazaxıstanı birləşdirən əlaqələrin təməlində ortaq tarix, mədəniyyət və din dayanır. 2023-cü ildə Bakıda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi bu əlaqələrin dərinliyini nümayiş etdirir.
Bu tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin və qarşılıqlı mədəni zənginləşmənin təzahürüdür.


Bununla yanaşı, iki ölkənin qarşısında duran ən aktual problemlərdən biri də Xəzər dənizinin səviyyəsinin azalması və ekoloji tarazlığın pozulmasıdır. Azərbaycan Prezidenti 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə bu məsələni qaldırmış və Xəzərin birgə qorunmasına çağırmışdır. Hazırkı vəziyyətdə Azərbaycan və Qazaxıstan elmi məlumat mübadiləsini gücləndirməli, biomüxtəlifliyin qorunması və ekosistemin bərpası üçün koordinasiyalı tədbirlər həyata keçirməlidirlər. Xəzər dənizi artıq təkcə enerji və nəqliyyat məkanı deyil, həm də ortaq ekoloji öhdəliklərin və birgə fəaliyyətin rəmzinə çevrilməkdədir.


Enerji, nəqliyyat, sənaye və mədəniyyət sahələrində imzalanan çoxsaylı sazişlər iki ölkə arasında etimada, qarşılıqlı hörmətə və strateji tərəfdaşlığa əsaslanan dərin əlaqələrin bariz göstəricisidir. Bu əlaqələr yalnız ikitərəfli maraqlara deyil, eyni zamanda Türk dünyasının birliyinə və Avrasiya regionunun sabitliyinə xidmət edir. Dövlət başçımızın Qazaxıstana planlaşdırılan səfəri iki ölkə və xalqlar arasında münasibətləri daha da dərinləşdirməyə xidmət edəcək.


Pərvanə Vəliyeva

MM deputatı