ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Litvalı nazir və ailə üzvlərinə aid məlumatlar oğurlandı
Litvanın Qeydiyyat Mərkəzinin sistemindən xarici işlər naziri Kyastutis Budrisə və ailə üzvlərinə aid məlumatların oğurlandığı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir açıqlama verib.
Onun sözlərinə görə, sızdırılan məlumatlar dövlət reyestrlərində saxlanılan şəxsi məlumatlardır. Hazırda Litva Baş Prokurorluğu daşınmaz əmlak reyestrindən 600 mindən çox qeydiyyat məlumatının, o cümlədən şəxsi identifikasiya kodlarının qanunsuz əldə edilməsi ehtimalını araşdırır.
Budris bildirib ki, oğurlanmış məlumatların ölkəyə qarşı fəaliyyət göstərən qüvvələrin əlinə keçməsi ciddi narahatlıq doğurur.
Məlumat sızmasından zərər çəkənlər arasında Litva Prezidenti Gitanas Nauseda da var.
Prezident daha əvvəl hadisəni düşmən dövlətlərin mümkün fəaliyyəti kimi qiymətləndirmişdi.























































