Xəbər Lenti
Dünən, 13:46
Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə ÇAĞIRILDI
Dünən, 13:31
Rusiyada OMON-çuların işgəncə verdiyi azərbaycanlı: "Ukrayna müharibəsinə göndərmək istəyirdilər"
Dünən, 10:58
XİN: İranın səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri təəccüb və qəzəb doğurur
27-06-2025, 17:46
Şəhid Kəşfiyyatçı Məsimov Əkbər Yunis oğlu – “Qəhrəman, igid, cəsur şəhidimiz. Ailəsinin qüruru, xalqın fəxri”
27-06-2025, 09:17
Xronika: "Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan "Turan"a qoşulur"
25-06-2025, 19:20
İş adamı Cəbrayıl Cəbrayılov: “26 İyun – Müstəqil Azərbaycanın Güvənc Yeri. Silahlı Qüvvələr Günü”
25-06-2025, 19:17
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “26 İyun – Azərbaycan Ordusunun Şərəf və Qürur Günüdür”
25-06-2025, 19:16
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “26 İyun – Silahlı Qüvvələr Günü. Güclü Ordu, Güclü Dövlətin Təminatıdır”
25-06-2025, 19:08
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “26 İyun – Silahlı Qüvvələr Günü: Dövlətimizin Qürur Günüdür”
25-06-2025, 17:06
Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib.
Gerçək qiyamət ssenarisi: Nüvə müharibəsinin dünya üçün nəticələri açıqlandı
Nüvə müharibəsinin bəşəriyyət üçün doğura biləcəyi fəlakətli nəticələr yenidən gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, "The Wall Street Journal"da ekoloq və publisist Ted Nordqauzun qələmə aldığı məqalədə belə bir münaqişənin dünyanın iqlimini necə dəyişəcəyindən tutmuş, milyonlarla insanın ölümünə səbəb olmasına qədər bir sıra ssenarilər təsvir olunur.
Müəllif qeyd edir ki, dünya hazırda tədricən artan istixana qazlarından deyil, məhz nüvə silahlarının qarşılıqlı istifadəsindən doğacaq iqlim fəlakətinin astanasındadır. Bu risk xüsusilə Hindistan və Pakistan arasında mümkün silahlı toqquşmalar fonunda daha real görünür.
Nüvə müharibəsinin ilk və sonrakı fəlakətləri
Nordqauz yazır: "Nüvə müharibəsi dərhal "nüvə qışı" ilə nəticələnəcək. Biz adətən belə bir müharibənin nəticələrini şəhərlərin yanması və əhalinin buxarlanması ilə təsəvvür edirik. Lakin ən dəhşətli nəticələr silahların partlamasından sonra başlayacaq. Atmosferin saça ilə örtülməsi Yer kürəsini zülmətə qərq edərək onillərlə davam edə biləcək bir "qışı" təşviq etmiş olacaq".
İlkin mərhələdə yüz milyonlarla insan termonüvə partlayışları və yanğınlarda həyatını itirə bilər. Lakin daha çox insan aclıq, quraqlıq və məhsulsuzluq səbəbilə sonrakı aylarda və illərdə öləcək. Müəllif vurğulayır ki, döyüşən tərəflər də daxil olmaqla planetin əksər hissəsində sakinlər qıtlıqdan məhv olacaq.
Regional münaqişələr və qlobal təhlükə
Nordqauz qeyd edir ki, Hindistan və Pakistan kimi regionlarda baş verə biləcək məhdud nüvə münaqişələri belə ciddi nəticələr doğura bilər. Məsələn, bir neçə on nüvə başlığının partlaması milyonlarla insanın ölümünə və lokal iqlim dəyişikliyinə səbəb ola bilər. Amma tərəflərdən biri digərinin paytaxtını vursa, qarşılıqlı eskalasiya demək olar ki, qaçılmaz olacaq.
"Əgər bu mərhələdə qitələrarası ballistik raketlər havaya qalxarsa, Vaşinqton, Moskva və Pekin rəhbərləri cəmi bir neçə dəqiqə ərzində öz arsenalından istifadə edib-etməməyə qərar verməlidirlər. Bu isə bütün bəşəriyyəti təhdid edən miqyasda fəlakətə gətirib çıxara bilər", deyə o xəbərdarlıq edir.
Orta səviyyəli ssenarilərdə belə - bir neçə yüz başlığın istifadəsi ilə - qlobal kənd təsərrüfatı və ticarət sistemi məhv olar, yüz milyonlarla insan həyatını itirərdi.
Ən pis ssenari - qlobal fəlakət və mühacir axını
Ən təhlükəli ssenaridə, yəni genişmiqyaslı nüvə müharibəsində, bütün dünyada quraqlıqlar və aclıq baş alıb gedər, yüz milyonlarla insan başqa qitələrə sığınacaq axtarmaq üçün axın edərdi. Lakin onların böyük əksəriyyəti aclıq və xəstəliklərdən həyatını itirərdi.
"Bu halda insan sivilizasiyası faktiki olaraq sona çatar", deyə Nordqauz qeyd edir.
Nüvə silahlarının azaldılması təşəbbüsləri dağılır
Müəllif xatırladır ki, nüvə silahlarının məhdudlaşdırılması üzrə beynəlxalq razılaşmalar faktiki olaraq dağılmaq üzrədir. 2010-cu ildə imzalanan Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (New START) müddəti 2026-cı ilin fevralında başa çatacaq. Hazırda ABŞ və Rusiya 1550 döyüş başlığı saxlayır, lakin ehtiyatda bundan əlavə 5000-dən çox başlıq mövcuddur. Çin isə nüvə arsenalını sürətlə genişləndirir.
"Nüvə silahlarının tamamilə sıfırlanması bəlkə də əlçatmaz bir ideal kimi görünə bilər. Lakin siyasi liderlər, xeyriyyəçilər və vətəndaş cəmiyyəti təmsilçiləri üçün bu təhlükənin azaldılması hər şeydən üstün prioritet olmalıdır", deyə müəllif məqaləni tamamlayır.
Aydın