Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
İsmayıl Zalov beynəlxalq media görüşündə: Azərbaycanın hüquqi sistemi, demokratik inkişafı və insan hüquqları ilə bağlı suallara ətraflı cavablar
25.05.2026-cı il tarixində keçirilən beynəlxalq media görüşündə ARHD.Media İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru xarici jurnalistlərin suallarını cavablandırmışdır. Müsahibə zamanı müxtəlif ölkələri təmsil edən media nümayəndələri Azərbaycan Respublikasının hüquq sistemi, demokratik inkişafı və insan hüquqları ilə bağlı suallar ünvanlamışlar.
İlk sual britaniyalı jurnalist James Walker tərəfindən verilmişdir:
“Azərbaycanın hüquqi dövlət olaraq beynəlxalq hüquqa münasibəti və ərazi bütövlüyünün təmin olunması barədə nə deyə bilərsiniz?”
Sualı cavablandıran İsmayıl Zalov bildirmişdir ki, Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə daim hörmətlə yanaşan dövlətdir. O qeyd etmişdir ki, Azərbaycan uzun illər ərzində işğal altında qalan müqəddəs torpaqlarını beynəlxalq hüquqa uyğun şəkildə azad etmiş və öz ərazi bütövlüyünü tam şəkildə bərpa etmişdir.
Onun sözlərinə görə, bu tarixi qələbə yalnız siyasi və hərbi uğur deyil, eyni zamanda beynəlxalq hüququn prinsiplərinin bərpası deməkdir. İsmayıl Zalov vurğulamışdır ki, Azərbaycan bu gün regionda hüquqi sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində mühüm rol oynayır və dövlətin həyata keçirdiyi siyasət beynəlxalq hüquqi prinsiplərə əsaslanır.
Daha sonra amerikalı jurnalist Robert Collins ikinci sualla müraciət etmişdir:
“Azərbaycanın demokratik inkişafı və insan hüquqlarının qorunması istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?”
Bu suala cavabında beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov qeyd etmişdir ki, Azərbaycan Respublikası hüquqi, demokratik və dünyəvi dövlətdir. O bildirmişdir ki, ölkədə insan hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur və qanunun aliliyi prinsipi tam şəkildə təmin edilir.
İsmayıl Zalov çıxışında vurğulamışdır ki, Azərbaycanda demokratik seçki mühiti mövcuddur və seçkilər qanunvericiliyə uyğun, şəffaf və beynəlxalq standartlara əsasən keçirilir. Onun sözlərinə görə, vətəndaşların seçki hüququ təmin olunur, ictimai iştirakçılıq genişlənir və dövlət-vətəndaş münasibətləri hüquqi əsaslarla inkişaf etdirilir.
O, həmçinin qeyd etmişdir ki, ölkədə söz azadlığı və fikir plüralizmi üçün geniş imkanlar yaradılmışdır. Media qurumlarının fəaliyyəti üçün hüquqi şərait mövcuddur və ictimai müzakirələr açıq formada həyata keçirilir. İsmayıl Zalov bildirmişdir ki, Azərbaycanda hüquqi islahatların davam etdirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
Üçüncü sual isə almaniyalı jurnalist David Hoffman tərəfindən səsləndirilmişdir:
“Bəzi beynəlxalq dairələr tərəfindən Azərbaycanda siyasi məhbusların olması ilə bağlı iddialar səsləndirilir. Bu məsələyə münasibətiniz necədir?”
Bu suala cavab verən İsmayıl Zalov bildirmişdir ki, Azərbaycanda “siyasi məhbus” anlayışı mövcud deyil. Onun sözlərinə görə, Azərbaycan Respublikasında bütün hüquqi məsələlər yalnız qanunvericilik və məhkəmə qərarları əsasında həll olunur.
O qeyd etmişdir ki, hüquq-mühafizə orqanları və məhkəmə sistemi öz fəaliyyətini tam hüquqi çərçivədə həyata keçirir və hər bir şəxs qanun qarşısında bərabərdir. İsmayıl Zalov vurğulamışdır ki, hər hansı hüquqi məsuliyyət məsələsi konkret hüquqi faktlar və sübutlar əsasında araşdırılır və qiymətləndirilir.
Beynəlxalq hüquq müdafiəçisi çıxışında nın fəaliyyətinə də toxunaraq bildirmişdir ki, vəkillik institutu ölkədə insan hüquqlarının müdafiəsi və hüquqi yardımların göstərilməsi baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, məhkəmə-hüquq sistemində aparılan islahatlar ədalət İsmayıl Zalov çıxışında vəkillik institutunun fəaliyyətinə də toxunaraq bildirmişdir ki, bu institut ölkədə insan hüquqlarının müdafiəsi və hüquqi yardımların göstərilməsi baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, məhkəmə-hüquq sistemində aparılan islahatlar ədalət mühakiməsinin daha da təkmilləşdirilməsinə, şəffaflığın artırılmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.
O, çıxışının sonunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının hüquqi inkişafı, demokratik dəyərlərin möhkəmləndirilməsi və insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən ardıcıl islahatlar ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirir. İsmayıl Zalov vurğulamışdır ki, bu proseslər gələcəkdə də davam etdiriləcək və Azərbaycan regionda hüquqi dövlət modelinin nümunələrindən biri olaraq mövqeyini möhkəmləndirəcəkdir.
Beynəlxalq media görüşü sual-cavab sessiyasının yekunlaşması ilə başa çatmış, xarici jurnalistlər Azərbaycanın hüquq sistemi və dövlət siyasəti barədə geniş və ətraflı məlumat əldə etmişlər.





ARHD.MEDİA






















































