Xəbər Lenti
Dünən, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
21-10-2026, 11:54
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Yeni tikililərdə mənzil alarkən kvadratı necə hesablanmalıdır?
Vətəndaş 100 kvadratmetr mənzil aldığını düşünsə də, sonradan faktiki sahənin daha az olduğu ortaya çıxır.
Əsas narazılıq isə mənzillərin sahəsinin hesablanması zamanı bəzi tikinti şirkətlərinin əlavə sahələri də ümumi kvadratmetrə daxil etməsi ilə bağlıdır.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, mənzillərin sahəsinin hesablanması Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində ətraflı şəkildə müəyyən olunub.
Ekspert bildirir ki, bəzi tikinti şirkətləri normativ tələbləri pozaraq mənzilin sahəsini çöl divardan hesablamaqla olduğundan artıq göstərirlər. Bu isə vətəndaşın maddi zərərə düşməsi ilə nəticələnir.
Ramil Osmanlı hesab edir ki, bu kimi halların qarşısının alınması üçün tikinti sektorunda nəzarət mexanizmləri daha da gücləndirilməlidir. Vətəndaşlara isə mənzil alarkən müqavilədə göstərilən sahəni texniki sənədlərlə müqayisə etmək, zərurət yaranarsa məsələni hüquqi qaydada mübahisələndirmək tövsiyə olunur.






















































