Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
ARHD.Media İnformasiya Agentliyinin baş redaktoru Nuranə Gülərin Peşəkar Xidməti
Müasir informasiya məkanında peşəkar jurnalistikanın qorunub saxlanılması, obyektiv və operativ xəbərin cəmiyyətə çatdırılması böyük məsuliyyət və yüksək peşəkarlıq tələb edir. Məhz bu məsuliyyətli missiyanı layiqincə yerinə yetirən simalardan biri də ARHD.Media İnformasiya Agentliyinin baş redaktoru Nuranə Gülər xanımdır. Onun media sahəsində göstərdiyi fədakar fəaliyyət, zəngin jurnalist təcrübəsi və peşəsinə olan sonsuz sevgisi həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük rəğbətlə qarşılanır.
Nuranə Gülər xanım daim həqiqətin, obyektivliyin və milli-mənəvi dəyərlərin qorunması naminə yorulmadan çalışan, qələmini cəmiyyətin maariflənməsinə və düzgün informasiya siyasətinə həsr edən nüfuzlu media nümayəndələrindən biridir. O, fəaliyyət göstərdiyi müddət ərzində media sahəsində bir çox uğurlu layihələrə imza atmış, informasiya təhlükəsizliyi və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində mühüm xidmətlər göstərmişdir.
Onun rəhbərliyi və peşəkar fəaliyyəti nəticəsində ARHD.Media İnformasiya Agentliyi qısa müddətdə geniş oxucu auditoriyası qazanaraq etibarlı media qurumlarından birinə çevrilmişdir. Nuranə Gülər xanımın hazırladığı yazılar, ictimai mövzulara həssas yanaşması və jurnalist etikasına sadiqliyi media cameəsində xüsusi hörmətlə qarşılanır. O, daim haqqın və ədalətin yanında olan jurnalist kimi tanınır.
Xüsusilə vurğulamaq lazımdır ki, Nuranə Gülər xanımın yüksək peşəkarlığı və media sahəsindəki nümunəvi fəaliyyəti Avropa ölkələrində də böyük maraq və rəğbətlə qarşılanmış, onun fəaliyyəti beynəlxalq platformalarda müsbət şəkildə dəyərləndirilmişdir. Bu isə Azərbaycan mediasının beynəlxalq aləmdə tanınmasına və ölkəmizin informasiya siyasətinin uğurla təbliğ olunmasına mühüm töhfə verir.
ARHD.Media İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov da Nuranə Gülər xanımın fəaliyyətini yüksək qiymətləndirərək onun peşəkarlığını, vətənpərvərliyini və media sahəsindəki xidmətlərini xüsusi olaraq təqdir etmişdir. İsmayıl Zalov qeyd etmişdir ki, Nuranə Gülər xanım öz zəhməti, qətiyyəti və prinsipial mövqeyi ilə Azərbaycan jurnalistikasında örnək simalardan birinə çevrilmişdir. Onun sözlərinə görə, belə peşəkar və vicdanlı media nümayəndələrinin fəaliyyəti cəmiyyətin maariflənməsi və dövlətçilik prinsiplərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Nuranə Gülər xanımın fəaliyyəti yalnız jurnalistika ilə məhdudlaşmır. O, eyni zamanda gənc jurnalistlərin yetişməsinə dəstək göstərən, onları düzgün media prinsiplərinə yönəldən və daim yenilikçi ideyalarla çıxış edən ziyalı xanım kimi də tanınır. Onun zəhməti, qətiyyəti və peşəsinə olan sonsuz bağlılığı hər zaman hörmətlə qarşılanır.
Bu gün Nuranə Gülər xanımın qazandığı uğurlar Azərbaycan mediasının inkişafının, söz azadlığının və peşəkar jurnalistikanın parlaq nümunələrindən biri hesab olunur. İnanırıq ki, onun gələcək fəaliyyəti də yeni uğurlarla yadda qalacaq və Azərbaycan mediasının beynəlxalq arenada daha da güclənməsinə böyük töhfələr verəcəkdir.























































