Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Şəkər Sadıqova: “Milli Mətbuatımızın 150 illiyi münasibətilə bütün media nümayəndələrini təbrik edirəm!”
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik şanlı yubileyi qeyd olunur. Bu əlamətdar tarix münasibətilə bütün media nümayəndələrini – jurnalistləri, redaktorları, texniki heyəti və sözün əsl mənasında qələmini vətəndaş maraqları naminə işlədən hər bir mətbuat əhlini ürəkdən təbrik edirəm.
Milli Mətbuatımızın əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Həmin gündən başlayaraq Azərbaycan mətbuatı millətin səsi, xalqın aynası və cəmiyyətin inkişafına yönəlik aparıcı qüvvəyə çevrilmişdir. “Əkinçi” sadəcə qəzet deyil, xalqı maarifləndirməyə, milli şüurun formalaşmasına, azərbaycançılıq ideyasının yayılmasına xidmət edən böyük bir maarifçilik hərəkatının təməlini qoymuşdur. Bu gün də həmin ideyaların davamçıları olan jurnalistlərimiz cəmiyyətin informasiya ehtiyaclarını layiqincə qarşılayır, sosial ədalətin, şəffaflığın və insan hüquqlarının müdafiəsində mühüm rol oynayırlar.
Azərbaycan mətbuatının keçdiyi yol həm şərəfli, həm də çətinliklərlə doludur. Müstəqillik illərində söz və ifadə azadlığının genişlənməsi, media pluralizminin təşviq olunması, informasiya texnologiyalarının sürətlə inkişaf etməsi mətbuatımızın yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. Bu gün ölkəmizdə onlarla qəzet, jurnal, televiziya və internet mediası fəaliyyət göstərir ki, bu da ictimai fikrin formalaşmasında böyük əhəmiyyət kəsb edir.
“Vətənpərvərlər” qəzeti və “zeferyolu.az” informasiya agentliyi olaraq biz də daim milli maraqları önə çəkən, dövlətçiliyə və şəffaf informasiya siyasətinə sadiq mövqeyimizi qorumuşuq. Peşəkar və vicdanlı media nümayəndələri cəmiyyətin inkişafına xidmət edən ən mühüm dayaqlardan biridir. Biz jurnalistləri yalnız informasiya daşıyıcısı kimi yox, eyni zamanda milli düşüncənin, vətəndaş məsuliyyətinin və mənəvi dəyərlərin carçısı kimi görürük.
Bu şərəfli gündə uzun illər boyu Azərbaycan mətbuatına töhfə vermiş, həqiqətin müdafiəsi yolunda əzmlə çalışan bütün media nümayəndələrinə təşəkkür edir, dünyasını dəyişən qələm sahiblərini ehtiramla yad edirəm.
Bir daha bütün media ictimaiyyətini Milli Mətbuatın 150 illik yubileyi münasibətilə təbrik edir, qələmlərinizin iti, sözünüzün qüdrətli olmasını arzulayıram. Qoy Azərbaycan mətbuatı həmişə xalqın səsinə çevrilsin, cəmiyyətin maariflənməsi və inkişafı naminə fəaliyyət göstərsin!
Şəkər Sadıqova
"Vətənpərvərlər" qəzetinin Baş redaktoru
"zeferyolu.az" informasiya agentliyinin redaktoru























































