Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
"Zəfəryolu.az" informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızının Milli Mətbuatın 150 illiyi münasibətilə təbriki
Əziz media nümayəndələri!
Sizi – Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə işıq üzü görən “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bu gün zəngin tarixi və dəyərli ənənələri ilə fəxr etməyə haqqı olan bir sahədir. “Əkinçi”nin qaranlıq dövrlərə işıq tutan cəsarətli məqalələri, xalqı maarifləndirməyə və milli oyanışı təmin etməyə yönələn fəaliyyəti çağdaş media nümayəndələri üçün də bir örnək, bir yol xəritəsidir.
150 illik bu şərəfli yol sadəcə qələmlə deyil, eyni zamanda böyük əqidə və vicdanla yazılmışdır. Bu illər ərzində media cəmiyyətin güzgüsü, dövlətin inkişafında və şəffaflığın təmin olunmasında önəmli bir vasitə kimi çıxış etmişdir. Milli mətbuatımız xalqın söz azadlığının, fikir plüralizminin və ictimai maraqların qorunmasının rəmzinə çevrilmişdir.
Azərbaycan mətbuatı təkcə tarixə şahidlik etməyib, özü də tarix yazmışdır. 20 Yanvar faciəsindən tutmuş Qarabağ savaşına, 44 günlük Vətən Müharibəsinə qədər bir çox önəmli hadisələrdə jurnalistlərimiz həqiqətin carçısı olmuş, səngərdə əsgərlə çiyin-çiyinə dayanmış, şəhid olmuş həmkarlarımız belə olub. Onların xatirəsini dərin ehtiramla yad edirəm.
Zaman dəyişir, texnologiyalar inkişaf edir, informasiya sürətlə yayılır. Amma peşəkar və məsuliyyətli jurnalistika heç zaman öz dəyərini itirmir. Media yalnız informasiya ötürən bir vasitə deyil, həm də cəmiyyətə mənəvi təsir göstərən, insanları düşündürən və istiqamətləndirən bir gücdür.
Bu baxımdan "Zəfəryolu.az" informasiya agentliyi olaraq biz də fəaliyyətimizi hər zaman bu ali məqsədlərə uyğun şəkildə qurmağa çalışmışıq. Cəmiyyətə obyektiv, qərəzsiz və doğru informasiya çatdırmaq bizim başlıca vəzifəmiz olub və bundan sonra da belə olacaq.
Hörmətli media əməkdaşları!
Siz xalqın gözü, qulağı, vicdanısınız. Qələminizin gücü ilə haqqa xidmət edir, işığınızla cəmiyyətin qaranlıq tərəflərini aydınlatmağa çalışırsınız. Bu çətin və şərəfli yolda sizə tükənməz enerji, cəsarət və müvəffəqiyyətlər arzulayıram.
Gəlin, milli mətbuatımızın 150 illik yubileyini bir həmrəylik simvoluna çevirək. Gəlin, sözümüzlə həm dövlətimizə, həm millətimizə, həm də ədalətə xidmət edək!
Bir daha hər birinizi bu əlamətdar gün münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
Jalə Ağakişiqızı
"Zəfəryolu.az" informasiya agentliyinin rəhbəri























































