“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Nazir Xankəndidə vətəndaşları qəbul etdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndi şəhərində Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının sakinlərini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, ünvanlı sosial yardım, pensiya və sosial müavinət, sosial xidmət və s. məsələlərlə bağlı müraciət ediblər.
Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Vətəndaşların müraciətləri araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Onlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.
A.Əliyev və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov özünüməşğulluq proqramı çərçivəsində Xankəndi şəhərində qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Xocalı sakini Fikrət İnqilab oğlu Məhərrəmova istəyi və təcrübəsi nəzərə alınaraq, səyyar kofe satışını təşkil etmək üçün lazımi aktivlər verilib. O, verilmiş aktivlər hesabına Xankəndidə öz kiçik biznesini qurub. Xankəndi sakini Allahverdi Qurban oğlu Əhmədli üçün isə proqramın dəstəyi ilə kişi bərbərxanası yaradılıb.
Fikrət Məhərrəmov və Allahverdi Əhmədli kiçik biznesə sahib olmalarından razılıqlarını bildirib və onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd olunub ki, özünüməşğulluq proqramı çərçivəsində Xankəndidə artıq 21 şəxs üçün kiçik təsərrüfatlar qurulub.


































































