Xəbər Lenti
23-07-2026, 22:43
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
23-07-2026, 19:20
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
23-07-2026, 17:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 21:15
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22-07-2026, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
22-07-2026, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
22-07-2026, 14:30
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
22-07-2026, 13:26
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
22-07-2026, 13:21
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
22-07-2026, 11:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
22-07-2026, 09:30
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
21-07-2026, 22:08
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
21-07-2026, 22:05
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
21-07-2026, 21:41
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
21-07-2026, 21:35
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
21-07-2026, 16:52
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
Azərbaycan əmək bazarında qeyri-bərabərlik - Dünya Bankının statistikası nə deyir?
Dünya Bankının Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində hazırladığı "Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması" adlı hesabatda bildirilir ki, əmək bazarında ciddi qeyri-bərabərlik mövcuddur.
Sənədə əsasən, qadınların 62%-i, kişilərin isə 75 %-i işçi qüvvəsi kimi çıxış edir, qadınların 58%-i, kişilərin isə 71%-i məşğul əhali hesab edilir.
"Ən kəskin gender fərqi müəyyən sektor və peşələr üzrə müşahidə edilir: qadınlar qeyri-mütənasib olaraq daha az maaş alan sektorlarda və peşələrdə cəmləşiblər. Məsələn, qadınlar təhsil, səhiyyə, sosial iş və digər xidmət sahələrində çalışanların böyük hissəsini təşkil edir ki, bu da bir çox hallarda nisbətən aşağı əməkhaqqı ilə nəticələnir", deyə hesabatda qeyd olunub.
Bəs Azərbaycanda əmək bazarında bu cür qeyri-bərabərliyin səbəbi nədir?
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, hər il dünya bankının bütün ölkələr üzrə hesabatında bu göstəricilər göstərilir:

"Çünki dünyada qadınlar daha az maaşlı iş yerlərində, kişilər isə daha ağır, riskli sahələrdə işləyirlər. Ona görə də daha çox pul alırlar. Bu bütün dünyada olduğu kimi bizdə də belədir".
Sahib Məmmədov bildirib ki, bu qeyri-ciddi bərabərliyin də müxtəlif səbəbləri var:
"Səbəblərdən biri qadınlara qadağan olunan iş yerləri ilə bağlı idi. Belə ki, Dünya Bankı, BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəsi, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin də tələb və tövsiyyələri o idi ki, Azərbaycan Respublikasının qanunvericiliyində qadınlar üçün qadağan olunan iş yerlərinə qoyulan məhdudiyyət götürülməlidir. Əvvəllər Əmək Məcəlləsinin 241-ci maddəsi və Nazirlər Kabinetinin 170 nömrəli qərarı ilə təxminən 650-dən artıq iş yeri var idi ki, qadınlar orda işləyə bilməzdi. Bu qadağaya səbəb kimi həmin iş yerlərinin qadınların reproduktiv sağlamlığına ziyan gətirməsi göstərilirdi. O işlərə ağır fiziki əmək tələb edən, zəhərli qazlarla iş, mədən sənayesi, rəng-boya istehsalı, şaxta işi, neft platformalarında iş və s. daxil idi. Bu yerlərdə qadınlara işləmək qadağan idi. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci ilin noyabrında Əmək Məcəlləsinə bəzi dəyişiklikləri təklif etdi. 2023-cü ilin iyun ayının 1-dən Nazirlər Kabineti 170 saylı qərarı ləğv etdi, dəyişikliklərlə hamilə olmayan və süd verməyən qadınlar üçün 674 iş üzrə bütün məhdudiyyətləri aradan götürüldü. İndi yalnız 240 iş yeri var ki, orda hamiləlik və uşağa süd verdiyi dövürdə işləyə bilməz. Amma işəgötürən onları əməkhaqqını saxlamaqla başqa işlə təmin etməlidir. İndi isə qadınlar ağır iş sahələrində işlədikcə daha yüksək maaş alacaqlar və maaşlar arasında orta fərq nisbətən aradan qaldırılacaq".
Günay İlqarqızı























































