Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

23 Sentyabr 2026 11:36Manşet / Gündəm

Elbəy Fətəliyevin özbaşınalığı ilə bağlı nəticə videosu çəkmək istəyirəm.

 

TƏBİB rəhbərliyi bu məsələyə çox operativ və həssas yanaşdı. Cənab Anar Bayramovun müavini Rahim müəllim özü məni birbaşa qəbul etdi.


Aparılan daxili araşdırma zamanı atama qarşı edilən ədalətsizlik və qanunsuz addım təsdiq olundu. Eyni zamanda, bu məsələ ilə yanaşı, Elbəy Fətəliyevin digər kirli, qanunsuz və qeyri-rəsmi əməlləri də üzə çıxdığı üçün o, işdən qovuldu.


Başda Rahim müəllim olmaqla, ailəmin haqq mübarizəsinə həssaslıqla yanaşan Lənkəran Mərkəzi Xəstəxanasının baş həkimi Oktay doktora, eləcə də daxili araşdırmada iştirak edən və bu prosesə əmək sərf edən bütün TƏBİB əməkdaşlarına təşəkkürümü bildirirəm.


TƏBİB-in bu məsələyə yanaşmasını üç sözlə ifadə etmək istərdim: həssas, operativ və ədalətli.


Rahim müəllimlə görüşümüz zamanı bir daha gördüm ki, TƏBİB rəhbərliyinin çiyinlərində nə qədər böyük məsuliyyət və iş yükü var. Eyni zamanda, komanda olaraq səhiyyədə mövcud problemlərin həlli üçün gecə-gündüz böyük zəhmət və məsuliyyətlə çalışdıqlarının şahidi oldum.


Bu məsələdə ədalətli mövqe nümayiş etdirdiyiniz və ailəmin haqq səsinə biganə qalmadığınız üçün öz adımdan və ailəm adından bir daha hər birinizə təşəkkür edirəm.


https://www.instagram.com/reels/DdmWxvJiuWR/