Xəbər Lenti
Bugün, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Dünən, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 17:48
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
TƏBİB sağlamlıq haqqında arayış alan valideynlərə müraciət edib
“Yeni tədris ilinin başlanılması ilə əlaqədar ümumtəhsil müəssisələrindən tələb olunan sağlamlıq haqqında arayışların verilməsi zamanı müraciətlərin çox olması səbəbindən tibb müəssisələrində sıxlıq müşahidə olunur. Hazırda növbə prinsipi əsasında arayışların verilməsi həyata keçirilir”.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, daha çox sıxlığın qeydə alındığı Abşeron Rayon Mərkəzi Xəstəxanasında 3 qeydiyyatçı, pediatr, nevropatoloq, oftalmoloq, cərrah, kardioloq olmaqla 17 həkim, rentgen və qan kabinetləri üzrə isə 7 tibb işçisi 1 000-dən çox müraciət üzrə xidmət göstərməkdədir.
Yaranan sıxlıqla əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Abşeron Rayon Mərkəzi Xəstəxanasında olub, xidmətin təşkili ilə yerində maraqlanıb, irad və tövsiyələrini bildirib. Eyni zamanda, Vüqar Qurbanov Abşeron Rayon Mərkəzi Xəstəxanasının və TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tibbi xidmətin təşkili və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
"Valideynlərdən müraciətin çox olmasını və arayışların verilməsi üçün uşaqların zəruri tibbi müayinələrdən keçmələrinin müəyyən zaman tələb etdiyini nəzərə alaraq məsələyə həssas yanaşmalarını və səbirli olmalarını xahiş edirik", - məlumatda deyilir.























































