Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“Düşünmürəm ki, Putin buna hazırdır”
“Rusiya müharibəni bitirməyə hazır deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.
Zelenski müharibənin mümkün qədər tez başa çatmalı olduğunu vurğulayıb: “Düşünürəm ki, hamımız mümkün qədər tez hərəkətə keçməliyik”.
Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün liderlərin bir araya gəlməsinin vacibliyini bildirib. O, Trampın ABŞ, Rusiya və Ukrayna liderlərinin üçtərəfli görüşünün təşkili üzərində işləyə biləcəyini deyib.
Ukrayna Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirərək, belə bir görüşdə müharibə ilə bağlı ən vacib məsələlərin müzakirə edilə biləcəyini söyləyib.
“Mən üçtərəfli görüşə hazıram, amma düşünmürəm ki, Putin buna hazırdır. O, müharibəni bitirməyə hazır deyil”, – Zelenski deyib.
Zelenski Tramp ilə görüşdə enerji sektoruna qarşı hücumların dayandırılması məsələsini də müzakirə etdiklərini bildirib.
“Rusiya enerji sektorumuzu hədəf almadığı müddətcə enerji atəşkəsinə hazırıq”, – deyə o qeyd edib.























































