Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 11:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 10:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 11:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 11:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 13:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 13:41

Dünya bir nərdivandır...

12 Fevral 2026 05:32Manşet / Dünya

“Müharibə yaya qədər başa çata bilər”

 

“Rusiya siyasi iradə nümayiş etdirəcəyi təqdirdə, müharibə bu ilin yayına qədər başa çata bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə jurnalistlərin Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində aparılan diplomatik səylərlə bağlı suallarını cavablandırarkən deyib.

Prezident qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb və onu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən son üçtərəfli görüşlər barədə məlumatlandırıb.

Onun sözlərinə görə, tərəflər 13-15 fevral tarixlərində baş tutacaq Münhen Təhlükəsizlik Konfransını da müzakirə ediblər. Zelenski konfransda iştirak edib-etməyəcəyi barədə hələ qəti qərar vermədiyini bildirib.

Zelenski vurğulayıb ki, ABŞ müharibənin başa çatması üçün Rusiyaya təzyiq göstərməlidir:

“Əgər təkcə Ukrayna deyil, həm də təcavüzkar tərəf – Rusiya istəsə, müharibəni yaya qədər bitirə bilərik”.

Ukrayna lideri əlavə edib ki, müharibə başa çatmazdan əvvəl ABŞ tərəfindən Kiyevə güclü təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı razılaşma əldə olunmalıdır.

“Bu müqavilənin imzalanması artıq tamamilə ABŞ-dən asılıdır”, – deyə o bildirib.

Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyanı müharibəni dayandırmağa sövq edə biləcəyini deyib:

“Fikrimcə, Tramp Putini müəyyən güzəştlərə məcbur edə bilər”.