Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

04 Kas 09:42Manşet / Gündəm

Azərbaycanın tarixinə Qələbə səhifəsini yazan Qalib ölkənin qalib Sərkərdəsi – 8 Noyabr Zəfər Günüdür

 

Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi ölkəmizdə və regionda yeni reallıqlarla müşaiyət olunmaqdadır.  Dövlətin və cəmiyyətin qarşısında duran başlıca hədəflər və onlara nail olmaq yolları ciddi şəkildə yenilənib, xalqın yaxın və orta vədəli gələcəyə baxışları, ümid və inamları yeni ölçülər kəsb edib. Azərbaycanın gələcək inkişafla bağlı iddialarının daha qətiyyətli, daha miqyaslı və daha realist xarakter kəsb etməsi aydın müşahidə edilir. Vətən müharibəsinin qələbə ilə başa çatmasına qədər Azərbaycanın əsasən iki istiqamətə - Qarabağın azad və ölkənin inkişafının təmin edilməsi kimi şaxələrə ayrılan hədəfləri və müvafiq şəkildə paylanmalı olan resursları indi əsas hədəf kimi azad olunan ərazilərin bərpası və inkişafı üzərində qərarlaşıb. Bu isə öz növbəsində cəmiyyətin bütün diqqətinin, ölkənin resurslarının əsas hədəf istiqamətində cəm edilməsini təmin etməklə qarşıya qoyulan məqsədlərə yetişmək imkanlarını qat-qat yüksəltmişdir.


Postmüharibə dövrünün əsas hədəfinin müəyyən edilməsi 30 illik işğalın acı nəticələrinin, əgər belə demək mümkünsə, mirasının aradan qaldırılması zərurətindən irəli gəlir. Vətən müharibəsinin başa çatması və Qarabağın işğaldan azad edilməsi müasir tarixin şahidi olmadığı vəhşiliyin üstünü açmışdır. 30 illik erməni işğalından bizə vaxtilə Azərbaycanın ən dilbər güşələri olan onlarca şəhər və qəsəbənin, yüzlərlə kəndin yerlə-yeksan edilməsi, evlərin uçurulması, infrastrukturun dağılması kimi acı və ağır miras qalıb. Erməni vəhşiliyinin bütün əlamətlərinin aradan qaldırılması, dağıdılıb yerlə-yeksan edilmiş şəhərlərin, qəsəbələrin və kəndlərin bərpa edilməsi postmüharibə dövrünün həllini gözləyən ümdə vəzifəsidir. Bu gün ölkənin imkanlarının əsaslı qisminin bu istiqamətə yönəlməsi dövlətin müasir siyasətinin əsas prioriteti olaraq dəyərləndirilir. Həm də söhbət sadəcə olaraq dağıntıların bərpasından deyil, Azərbaycanın işğaldan azad olan ərazilərində yeni tipli, ən müasir, qabaqcıl və yüksək texnologiyalara əsaslanan məskunlaşmanın təmin edilməsindən gedir. “Ağıllı kənd”, yaşıl iqtisadiyyat, ən müasir imkanlara malik evlər və s. Qarabağı nəinki Azərbaycanın və regionun, hətta bütün dünyanın ən qabaqcıl, rahat və inkişaf etmiş yaşayış məskəninə çevirməyə hədəflənib. Düşünmək olar ki, Qarabağ Azərbaycanın gələcəyinin yeni modeli kimi özünü təsdiqləyəcək və bütün ölkənin növbəti onilliklərdə yeniləşməsinin və müasirləşməsinin lokomotivi rolunu oynayacaqdır.


 

Qarabağın yenidən qurulması ilə yanaşı, qarşıda Azərbaycanda dərin islahatların həyata keçirilməsi, əhalinin həyatının və rifahının daha yüksək səviyyəyə qaldırılması sahəsində sistemli tədbirlərin davam etdirilməsi kimi vacib və məsuliyyətli vəzifə dayanır. Hədəf Azərbaycanı yaşamaq və işləmək üçün ən rahat və cazibədar məmləkətə çevirməkdir.  Azərbaycan xalqının ən yüksək həyat standartları şəraitində yaşamağa layiq olduğunu Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir. Ötən illər ərzində bu standartların yaradılması istiqamətində mühüm işlərin görülməsi, ölkəmizin inkişaf, müasirləşmə sahəsində ciddi irəliləyişlərə nail olması heç kimə sirr deyil. Qarşıdakı illərdə daha cəsarətli addımların atılması, yeni həyat standartlarının bərqərar edilməsi naminə fədakarlıqlar göstərməsi üçün bütün əsaslar: niyyət, iradə, təcrübə və resurslar mövcuddur. Azərbaycan inkişafın və müasirliyin elə bir mərhələsinə keçməyə artıq hazırdır ki, orada işləmək maraqlı, yaşamaq rahat, həyat isə gözəl olacaq. Bu elə bir cəmiyyət olacaq ki, orada hər kəs özünü təsdiq edə, qabiliyyət və bacarıqlarından tam şəkildə bəhrələnə biləcək.


2020-ci ildə Azərbaycanın Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağ bölgəsindəki antiterror əməliyyatları ölkənin ərazi bütövlüyünün bərpası və milli təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm hadisələr idi. Bu proseslərdə Azərbaycan polisinin rolu diqqətəlayiqdir. Polis əməkdaşları yalnız cəbhə bölgəsində deyil, arxa cəbhədə də sülh və asayişin qorunması, eyni zamanda terrorçu və separatçı qrupların fəaliyyətinin qarşısının alınması üçün mühüm işlər görmüşdür.


44 günlük Vətən müharibəsində Azərbaycan polisi ilk növbədə ölkədə daxili sabitliyin qorunmasına kökləndi. Müharibə dövründə ölkədə müxtəlif təxribatçı qrupların fəaliyyət göstərməsi, ictimaiyyətdə panika yaratmağa çalışan düşmən təxribatlarının qarşısının alınması üçün polis gücləndirilmiş iş rejimində çalışdı. Eyni zamanda polis şəhər və kəndlərdə sosial qaydanın saxlanılması, vətəndaşların təhlükəsizliyi və dövlət qurumlarına dəstək məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirdi. Xüsusilə, müharibə nəticəsində ölkə daxilində məcburi köçkün olan şəxslərin köçürülməsi və yerləşdirilməsi zamanı yaranan problemlərin həllində, ərazilərin təhlükəsizliyinin təmin olunmasında polisin mühüm rolu oldu. Onların cəbhəyə yaxın bölgələrdə asayişi qoruması, ordunun təminatı üçün əhəmiyyətli nəqliyyat xətləri boyunca təhlükəsizlik tədbirlərini görməsi kimi işləri də Azərbaycan polisinə xalqın və dövlətin güvənini daha da artırdı.


2023-cü ilin sentyabrında baş tutan antiterror əməliyyatları zamanı Azərbaycan polisinin fəaliyyətində xüsusi taktiki yanaşmalar diqqət çəkdi. Bu əməliyyatlar əsasən Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz silahlı qruplara qarşı aparıldı. Bu əməliyyatlarda polis qüvvələri xüsusi təyinatlılarla birgə fəaliyyət göstərərək terrorçu qüvvələrin zərərsizləşdirilməsi və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atdılar. Qarabağda hüquq-mühafizə orqanları qeyri-qanuni silah və sursat anbarlarını aşkarlamaq, qanunsuz fəaliyyət göstərən şəxsləri ələ keçirmək və bu bölgədə təhlükəsiz mühitin bərpa olunması üçün aktiv şəkildə fəaliyyət göstərdi. Polis əməkdaşlarının bu ərazilərdə həyata keçirdikləri tədbirlər nəticəsində yerli əhali öz evlərinə təhlükəsiz şəkildə qayıda bildi.


Həm 44 günlük müharibə, həm də sonrakı antiterror əməliyyatları zamanı polis və digər hüquq-mühafizə orqanları arasındakı koordinasiyalı əməkdaşlıq, Azərbaycanın milli təhlükəsizlik strategiyasının uğurla icra olunmasında mühüm rol oynadı. Polis əməkdaşları yalnız əməliyyatlarda deyil, həm də cəmiyyətə xidmətlərində hər zaman göstərdikləri sədaqət, fədakarlıq və peşəkarlıq sayəsində xalqın güvənini qazanmışdır. Azərbaycanın hüquq-mühafizə orqanlarının bu çətin dövrlərdə göstərdiyi fəaliyyət ölkədə hüququn aliliyini təmin etməklə yanaşı, Azərbaycan dövlətinin gücünü və xalqın dövlətə olan güvənini də gücləndirmişdir.


Qarabağı azadlığına qovuşdurduqdan sonra Prezident cənab İlham Əliyevin üzərinə düşən tarixi missiya məhz belə bir Azərbaycanı yaratmaqdan ibarətdir. İndiyədək onun titanik səyləri nəticəsində bu sahədə silsilə layihələr həyata keçirilib, möhtəşəm uğurlar qazanılıb. Xalqın həyatı dəyişib. Qarşıda onu daha gözəl, daha firavan etmək vəzifəsi dayanır.


Uğur və qələbə daim  cənab İlham Əliyevin həyatının və taleyinin yanında olub. İnanıram ki, onu gözləyən növbəti uğur öz təcəssümünü daha gözəl, daha cazibədar məmləkətin qurulmasında tapacaq və o, çiçəklənən Azərbaycanın memarı adını yazdığı tarixin şanlı səhifəsinə əbədi olaraq həkk edəcəkdir.


Sizi 8 Noyabr – Zəfər Bayramı münasibətilə təbrik edirəm! Bu gün, Vətən Müharibəsində qazandığımız şanlı qələbənin ildönümüdür. Şəhidlərimizin fədakarlığı sayəsində torpaqlarımız azad edildi. Qoy bu Zəfər, hər zaman birlik və sevgi dolu bir millət olduğumuzu bir daha xatırlatsın.

Zəfər Bayramımız mübarək!


 

Teymur Hacıyev

Gəncə Şəhər Polis İdarəsinin rəisi, Polis General-mayoru