Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
“Uşaqlarımın canına and içirəm ki, sayını bilmirəm”
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo məşhur jurnalist Pirs Morqanla müsahibəsində şəxsi həyatından və avtomobil kolleksiyasından danışıb.
“Qafqazinfo” xəbər verir ki, sözügedən müsahibə ulduz futbolçunun yutub kanalında yayımlanıb.
P. Morqanın suallarını cavablandıran Ronaldo bildirib ki, alış-verişə şəxsən özü getmir və istədiyi hər şeyə asanlıqla sahib ola bilər:
“Harasa getmək istəsəm, gedərəm, amma buna ehtiyac yoxdur. Məsələn, üç gün əvvəl yeni avtomobil aldım, lakin bu, sadəcə kolleksiyam üçün idi. O maşını demək olar ki, sürməyəcəyəm, bu, mənim üçün bir investisiyadır”.
Ulduz futbolçu hansı modeli aldığını soruşan Pirs Morqanın sualına belə cavab verib:
“Mercedes”... Bağışlayın, “Mercedes” də varımdır, amma bu dəfə “Bugatti” almışam. Lakin bu, sadəcə bir sərmayədir”.
Ronaldo neçə avtomobilə sahib olduğunu dəqiq bilmədiyini deyib:
“Maşınları saymıram, bəlkə də 41 ədəd var. Uşaqlarımın canına and içirəm ki, sayını bilmirəm”.
O, ən çox sevdiyi markanın “Bugatti” olduğunu qeyd edib:
“Bugatti” maşınlarımı sevirəm. Onlar bambaşqadır. Hətta bəzilərini heç vaxt sürməmişəm. Bir dəfə Madriddə bir həftə qaldım, amma qaraja belə getmədim. Ayrılarkən sadəcə iki “Bugatti”yə baxdım, təmiz idilər, deməli, hər şey qaydasındadır. Səmimi deyirəm, avtomobillər artıq mənə həzz vermir”.






















































