DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Cəmiyyətin həssas təbəqəsi olan uşaqların müdafiəsi ölkəmizdə daim diqqət mərkəzindədir
Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara hər zaman diqqət və qayğı göstərilir, onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir. Axı uşaqlar dövlətin gələcəyi, dayağıdır. Uşaqların inkişafı və hüquqlarının qorunmasında, layiqli vətəndaş kimi formalaşmasında dövlətlə yanaşı, cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Gələcəyimiz olan uşaqları fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətimiz üçün faydalı şəxsiyyət kimi yetişdirmək naminə səylərimizin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Uşaq hüquqlarının beynəlxalq müdafiəsi istiqamətində mühüm aspektləri özündə birləşdirən, 1989-cu il noyabrın 20-də BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş "Uşaq hüquqları haqqında" Konvensiya iştirakçı dövlətlərin hər bir uşaq üçün təmin etməli olduğu universal standartları müəyyən edir. Konvensiya dünyada ən geniş şəkildə ratifikasiya olunan beynəlxalq müqavilə olmaqla uşaqların hüquqlarını qorumaq üçün qəbul edilən əsas sənəd kimi bir çox dövlətlərin bu sahədə milli qanunvericilik bazasının formalaşmasına təkan vermişdir. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına, 2002-ci ildə isə həmin Konvensiyanın iki əlavə protokoluna qoşulmuş, 1998-ci il may tarixində ölkəmizdə sözügedən Konvensiyanın əsas prinsiplərini özündə əks etdirən "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində ölkəmizdə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə "Uşaq Hüquqları aylığı" elan edilir. Aylığın keçirilməsinin əsas məqsədi uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
"Uşaq hüquqları aylığı" çərçivəsində tədbirlər ölkəmizdə noyabrın 20-nə kimi davam edir. Uşaq hüquqlarının qorunması, müdafiəsi, onların sağlam mühitdə böyüməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin keçirilməsində əsas məqsəd aidiyyatı qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının artırılması, onlara qarşı zorakılığın, erkən nigahın və bu kimi digər xoşagəlməz halların qarşısının alınmasından ibarətdir. Uşaqların hüquqlarının qorunması və onların inkişafı naminə ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə aparılan sosial, iqtisadi və hüquqi islahatlar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Ölkə başçısının uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Mehriban xanım. Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna, ən böyük himayədarına çevrilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsmanı) tərəfindən 20 oktyabr-20 noyabr tarixlərində ölkəmizdə hər il "Uşaq Hüquqları Aylığı" elan edilib. Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Cəmiyyətin əsas üzvü olan uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz işğal altında olan əzəli Azərbaycan torpaqlarını azad etmiş, 44 günlük Vətən müharibəsində zəfər çalmışdır.
Bu müharibə dövründə Ermənistan tərəfinin Azərbaycanın mülki yaşayış məntəqələrini ğır artilleriya dam atəşə tutması nəticəsində 10-dan çox uşaq həlak olmuş, 50-si yaralanmış, bir çox uşaq isə öz valideynlərini itirmişdir. Habelə, mülki obyektlərin hədəfə alınması, bir çox yaşayış evlərinin, təhsil, səhiyyə müəssisələrinin dağıdılması uşaqların təhsil, səhiyyə və digər hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bununla yanaşı atılan intensiv atəşlər uşaqların psixoloji sarsıntı keçirməsinə səbəb olmuşdur. Uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli və müharibənin fəsadlarından əziyyət çəkməməlidirlər. Bunula yanaşı, həmin müharibə cinayətləri nəticəsində qurbana çevrilmiş uşaqların pozulmuş hüquq və azadlıqları ilə bağlı beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara müvafiq bəyanat və müraciətlər göndərilmişdir. Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətin ən qiymətli sərvətlərindən biri olan uşaqları sağlam, cəmiyyət üçün, ölkənin gələcəyi üçün yararlı yetişdirmək hər bir ailənin müqəddəs borcudur. Ailələrdə tərbiyə alan hər bir uşaq öz milli köklərinə bağlı, böyüklərə hörmət hissi ilə böyüməlidir. Gələcək mirasımız olan uşaqların xoşbəxt böyüyüb, yaşaması üçün hər birimiz çalışmalıyıq. Uşaq-heç bir sözlə ifadə edilməyən və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıqdır . Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Uşaq hüquqlarının tanınması və cəmiyyətin bu hüquqlara hörmət etməsi mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Bu gün Azərbaycanda yeni nəsil yetişir və bu nəsil gələcək Azərbaycanın sağlam düşüncəli vətəndaşlarının bazası funksiyasını yerinə yetirir. Unutmayaq ki, hüquqi dövlətimizin gələcəyi, məhz bu günün uşaqlarından, bu uşaqların hüquqlarının aliliyinin təminatından asılıdır. Gələcəyimiz olan uşaqların qayğısına qalmaq hər bir vətəndaşın, valideynin borcudur. Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Müstəqil Azərbaycan gələcəyə ümidlə gedəcəkdir və ümidimiz, gələcəyimiz bizim uşaqlarımızdır, balalarımızdır.
Nurlana Rəşidova
Qaradağ rayon qeydiyyat şöbəsinin rəisi