“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
34 il öncə bugünkü kimi məşhur idi
Son günlər Livanda peycerlərdə baş verən partlayışlar bu qurğuların nə üçün istifadə edildiyini bir daha gündəmə gətirib. Hətta bəzi beynəlxalq nəşrlər cihazların tərkibinə əvvəldən partlayıcı yerləşdirildiyi barədə xəbərlər yayıb.
“Qafqazinfo”nun məlumatına görə, peycerlər 1990-cı illərin əvvəlində özünün populyarlıq zirvəsinə çatıb.
Həmin zamanlarda bütün dünyada 60 milyondan çox peycer istifadə olunub. Sonralar smartfon bazarının yaranması və inkişafı səbəbilə cihazlar öz aktuallığını itirib.
Livanda baş verən son hadisələr zamanı ünsiyyət qurğusu 34 il əvvəlki populyarlığını neqativ istiqamətdə olsa da, bərpa edə bilib.
Cihaz tezlik diapazonunda simsiz əlaqə yaratmaq üçün istifadə olunan vasitədir.
İnternet və ya GPS bağlantısı olmadığı üçün qurğular informasiyanın saxlanılması baxımından daha təhlükəsizdir.
Başqa adla səs siqnalı kimi də tanınan peycer, əsasən batareya ilə işləyən kiçik radio qəbuledicisidir.
Belə ki, müvafiq siqnal qəbul edildikdə cihaz işə düşür (səsli və ya titrəyir) rəqəmsal mesajı göstərir.

ABŞ-də hələ də təxminən 2 milyona yaxın peycer istifadə olunmaqdadır.
Çoxları onu yalnız hərbçilər və polislərin rabitə cihazı olduğunu zənn etsə də, cihaz digər peşə sahibləri üçün də əlçatandır.
Bu, insanlar üçün təcili mesajlaşmada etibarlı, sərfəli üsul kimi mühüm vasitədir.
Bundan əlavə, peycerlər mobil telefonların qadağan olunduğu məkanlarda da istifadə olunur. Məsələn, yüksək mühafizə olunan hökumət binalarında mobil telefonlara icazə verilmir. Amma siz bu rabitə vasitələri ilə istənilən məkana gedə bilərsiniz.

Onların özünün də bəzi növləri mövcuddur: təktərəfli rəqəmsal növ ən sadə və ucuzudur. Bunlar yalnız telefondan yığılmış nömrələri qəbul edə və göstərə bilir.
İkitərəfli peycerlər də mahiyyət etibarilə eyni işi yerinə yetirir, lakin vizual olaraq daha çox cib telefonuna bənzəyir, onlar həmçinin proqramlaşdırılıbsa, e-poçt və ya mətn mesajı vasitəsilə göndərilən mesajlara da cavab verə bilir.























































