Xəbər Lenti
Bugün, 14:55
2026 perspektivi: Avropa ilə Azərbaycan arasında Kung-Fu sahəsində yeni əməkdaşlıq mərhələsi
Bugün, 08:16
Zəhmət, məsuliyyət və dövlətə sədaqət nümunəsi – Masallı Rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov
Dünən, 20:06
Xaçmaz Gömrük İdarəsinin Rəisi Pərviz Rəhimov – Dövlətə sədaqət, peşəkarlıq və şəffaf idarəçiliyin timsalı
Dünən, 14:36
Elxan Əliyevin idarəçilik fəaliyyəti: Yol quruculuğunda məsuliyyət və peşəkarlıq nümunəsi
25-12-2025, 16:15
Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
25-12-2025, 14:34
Polis polkovniki Əhməd Cəlilov Kanal S-də: “Polis adını uca tutmaq mənim həyat amalım olub”
25-12-2025, 14:30
Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
25-12-2025, 10:23
İsmayıl Zalov Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının Hüquqşünası Təyin Olundu
25-12-2025, 09:56
Yol quruculuğunda məsuliyyət və peşəkarlıq nümunəsi: Füzuli Quliyevin fəaliyyət yolu
24-12-2025, 14:39
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
15 Yanvar 2023 18:17Cəmiyyət
AQTA qida və yem məhsullarının idxalçılarına müraciət edib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunla bağlı qida və yem məhsullarının idxalçılarına müraciət edib. Belə ki, yeni qanunda qida təhlükəsizliyi sistemi üzrə bir çox yeniliklərin hüquqi bazasının formalaşdırılması ilə yanaşı, sahibkarlara dövlət dəstəyi siyasəti çərçivəsində bəzi inzibati prosedurların sadələşdirilməsi öz əksini tapır.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yeni qanuna əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən heyvan və bitki mənşəli qida və yem məhsullarının ölkəyə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciətləri əsasında agentlik tərəfindən 30 iş günü müddətində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə “Lisenziyalar və icazələr haqqında” Qanununa uyğun olaraq təsdiq ediləcək.
Qeyd edək ki, qida və yem məhsullarının idxalçıları qanundan irəli gələn tələblərlə əlaqədar əməkdaşlıq etdikləri xarici ölkələrdəki qida və yem məhsullarının istehsal və emalını həyata keçirən müəssisələri məlumatlandırmalı, qeydiyyat və təsdiq üçün agentliyə müraciət etməlidirlər.
Bildiririk ki, qanunun qəbul olunması ölkədə insanların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasında, qida məhsullarının istehsal və emalı zamanı təhlükəsizlik və minimum keyfiyyət tələbləri ilə bağlı norma və qaydalara əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.
AQTA qida sahəsində fəaliyyət göstərən hər bir sahibkarı yeni qanunun müddəaları ilə yaxından tanış olmağa və öz fəaliyyətlərini onun tələblərinə uyğun qurmağa çağırır.