Menu
Xəbər Lenti
DİM imtahan keçirir
Bugün, 11:38

DİM imtahan keçirir

Bakıda gəmi yanır
Dün, 09:58

Bakıda gəmi yanır

Prezident qəbul keçirdi
9-04-2021, 10:23

Prezident qəbul keçirdi

Millimiz Slovakiyaya qarşı
8-04-2021, 10:17

Millimiz Slovakiyaya qarşı

DİN-də yeni təyinat
5-04-2021, 10:32

DİN-də yeni təyinat

02 apr 10:02Gündəm / Sosial

Uşağın ölümünə səbəb olan hasar küləyə görə aşıb

Şabran rayon prokurorluğu ötən gün üstünə divar aşaraq ölən uşaqla bağlı məlumat yayıb. 
Xezertv.info “Qafqazinfo”ya istinadən daxil olan məlumatda deyilir:
“Aprelin 1-də saat 14 radələrində Şabran şəhəri, M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Fəqan Məmmədov, əmisi oğlu 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu və qonşusu 2007-ci il təvəllüdlü Məmmədov İlkin Mahir oğlu ilə evlərinin yaxınlığında oynadıqları zaman güclü küləyin təsirindən qonşuluqda yerləşən evin daş hasarının üzərlərinə aşması nəticəsində Fəqan Məmmədov aldığı xəsarətlərdən ölüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.