Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Ölümlə nəticələnən qəza törədən polkovnik işdən çıxarıldı - YENİ TƏYİNAT
Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov vəzifəsindən azad edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə Ə.Sadıqov Şəmkir Rayon Polis Şöbəsində təhqiqatçı vəzifəsinə təyin edilib.
Bundan başqa, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Ariz Cəfərov Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Ədalət Sadıqov bir müddət əvvəl idarə etdiyi KİA markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurmuşdu.
Hadisə zamanı xəsarət alan S.Sadıqov xəstəxanaya aparılarkən yolda ölmüşdü.
Xatırladaq ki, Ədalət Sadıqovun vəzifəsindən azad edilməsi ilə bağlı ilk məlumatı unikal.az yayıb.























































