Xəbər Lenti
12-06-2026, 11:58
Hüquq ekspertləri Azərbaycan Prokurorluğunun fəaliyyətini yüksək qiymətləndirirlər
10-06-2026, 21:12
"TURAN" Türk Dövlətləri Müharibə Veteranları Birliyinin növbəti işgüzar görüşü Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirildi.
10-06-2026, 16:02
Millət vəkili Məşhur Məmmədov: “Seçiciləri maraqlandıran məsələlərin ən qısa zamanda həlli bizim üçün prioritetdir”
10-06-2026, 13:50
“Qurtuluşdan Zəfərə uzanan dövlətçilik yolu: Heydər Əliyev strategiyasından İlham Əliyev liderliyinə”
16 Fevral 2023 02:39Dünya
Gürcüstanda bəzi tərəvəz və kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşıb
Türkiyədə baş vermiş güclü zəlzələdən sonra Gürcüstanda bəzi tərəvəz və kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, bahalaşma xüsusən Türkiyədən idxal olunan məhsullarda qeydə alınıb.
Beynəlxalq “East Fruit” portalının apardığı araşdırmalara görə, Türkiyədən gətirilən xiyar, pomidor, bolqar bibəri və qış fəsli üçün xarakterik olan meyvələrin topdansatış qiymətləri 20-30 faiz civarında bahalaşıb.
Yerli satıcılar yaxın həftələr ərzində qiymətlərin aşağı düşəcəyinə ümid edirlər. Lakin bəzi yerli ekspertlər bunun əksini düşünürlər.
İqtisadçı ekspertlərin fikrincə, yaxın vaxtlarda qiymətlər daha da arta bilər. Növbəti qiymət artımı dalğası çörək, un məmulatları, yağ, pendir və süd məhsulları, eləcə də digər gündəlik tələbat mallarını əhatə edəcək.