Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşır
22-09-2021, 10:58

Azərbaycan nefti ucuzlaşır

TƏBRİK EDİRİK!!!
20-09-2021, 10:24

TƏBRİK EDİRİK!!!

10 sen 09:36Gündəm / Sosial

DİN-dən “Instagram”dakı dələduzlarla bağlı XƏBƏRDARLIQ

Son günlərdə “Instagram” platformasında insanları aldadan dələduzlar peyda olub.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, sosial mediada, əsasən “Instagram” platformasında yaradılmış saxta (məs: giveaway qalibləri) səhifələrdən vətəndaşların istifadə etdikləri sosial media hesablarının mesaj bölməsinə yazaraq iştirak etdikləri “giveaway” adlı yarışların qalibi olduqları barədə məlumat verilir.
Belə ki, hədiyyənin çatdırılması üçün onların bank hesablarına ödəniş edilməsi tələbi hallarına rast gəlinir.
Nazirlik vətəndaşların bu tipli mesajlara inanmamasını və heç bir halda ödəniş etməmələrini tövsiyə edir.