Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

13 Kas 12:26Manşet / Gündəm / Siyasət

Müasir Azərbaycan ədliyyəsinin banisi-Heydər Əliyev

 

Ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, dövlətimizə və xalqımıza şərəflə xidmət edən, hüquq-mühafizə orqanı statusu olan Ədliyyə Nazirliyinin formalaşdırılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə təsis edilməsi məhz Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə, gərgin iş və prinsipial siyasi iradə nümayiş etdirilməsi hesabına reallaşıb.


Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı.   O gündən bütün ədliyyə işçiləri öz peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Ədliyyə işçilərin vətəndaş cəmiyyətinin bərqərar olunmasını mühüm rolunu başa düşən ümumilli lider Heydər Əliyev onlara mənəvi stimul yaradılması və Azərbaycan ədliyyəsinin tarixinin qorunub saxlanması üçün 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günü - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunub. Bu isə ulu öndər tərəfindən ədliyyə işçilərinə göstərilən etimadın təzahürü, dahi rəhbərimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının bariz nümunəsi  olmuşdur. “Biz haqq yolundayıq, ədalət yolundayıq. Biz müstəqil dövlətimizi qoruyuruq, onun inkişafını təmin edirik və bu yolda kim bizə mane olacaqsa, öz cəzasını alacaqdır” və s. Belə sitatları sonsuz sayda gətirmək mümkündür. Onların hamısının qayəsində məhz ədalət ideyası, qanunun aliliyi ideyası durur ki, bu gün həmin ideyalar ədliyyə orqanları üçün onların daim sadiq qalacağı ən vazkeçilməz dəyərdir.


 Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə də yadda qalmışdır. 


Ümummilli liderimizin söylədiyi bütün fikirlər hər birimizin fəaliyyət prinsipinə çevrilmişdir. Onun uzaqgörənliklə söylədiyi bu fikir isə ədliyyə işçilərinin üzərinə daha böyük məsuliyyət qoyur: “Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.


Ümummilli lider Heydər Əliyevin ədliyyə sistemində fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri hazırda öz bəhrəsini verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmişdir.


Ümummilli lider Azərbaycana rəhbərliyi illərində respublikanın ədliyyə sisteminin inkişafına məhz belə bir mövqedən yanaşıb və insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, milli qanunvericiliyin formalaşdırılmasında əsas rol oynayan ədliyyə sisteminin demokratik dəyərlər əsasında qurulmasını prioritet istiqamət kimi diqqətdə saxlayıb. Bu baxımdan, Ulu öndərin Azərbaycana rəhbərliyinin ilk dönəmində Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılması xüsusi əhəmiyyət verdiyi məsələlərdən biri olub. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilməklə, respublikanın ədliyyə tarixində yeni mərhələnin əsası qoyulub. Məhz o vaxtdan adı çəkilən nazirlik Ali Məhkəmə istisna olmaqla, bütün başqa məhkəmə orqanlarına təşkilati rəhbərliyi və məhkəmə idarəçiliyini reallaşdırıb, əhaliyə hüquqi yardımı, notariat fəaliyyəti və məhkəmə ekspertizasının aparılmasını, hüquqi biliklərin təbliğini həyata keçirib. Ədliyyə sisteminin müasirləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olunub, ən başlıcası isə ədliyyə işinin gələcək inkişafı məqsədilə hərtərəfli zəmin yaradılıb.  Ümummilli lider Heydər Əliyev ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra da Azərbaycan Ədliyyəsinin həyatında əsaslı dövr başlandı. Bu dövr ədliyyə sistemiнin surətli inkişafı, fəaliyyət istiqamətlərinin, funksiya və səlahiyyətlərinin genişlənməsi, işinin və strukturunun təkmilləşməsi, öz mahiyyətinə xas hüquqi dövlət və demokratik cəmiyyətlər üçün zəruri olan missiyalarını əldə etməsi ilə xarakterikdir. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi və demokratik Azərbaycan Respublikası qurulmasında iştirak edənlərdən biri kimi ədliyyə orqanları diqqətdən kənarda qalmamış və bu qurumlara qayğı ilə yanaşılmışdır. Bu qayğının sayəsində Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri yenidən müəyyənləşdirilərək təkmilləşdirilmiş, ədliyyə fəaliyyətinin o zamanki dövrün tələblərinə cavab verməsi üçün müvafiq struktur dəyişiklikləri aparılmış, bir çox yeni qurumlar yaradılmışdır.  Ümummilli lider Heydər Əliyev Azərbaycan Ədliyyəsinə daim xüsusi diqqət və qayğı göstərmişdir. Ulu öndər Heydər Əliyev ədliyyə sisteminin inkişafına daim qayğılı münasibət göstərib, Azərbaycan ədliyyəsinin yaranma gününü peşə bayramı kimi təsis etməklə Ümumilli Liderimiz ədliyyə tarxinin səhifəsinə özünün daha bir şərəfli imzasını atıb. Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunub. Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun ədliyyəmizə qayğısı bu gün də öz töhfəsini vermişdir. Bu gün Azərbaycanda müasir tələlər cavab verən ədliyyə strukturu formalaşmaqdadır.  Ölkə başçısının 29.09.2022-ci il tarixli Sərəncamı ilə dahi öndərin 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Ümummilli Liderinin əziz xatirəsinə əbədi ehtiramın təzahürüdür. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına ədliyyə işçiləri olaraq hər birimiz daim sadiq qalmağı özümüzə mənəvi borc bilirik.  Ədliyyə sahəsinin əməkdaşları kimi ölkəmizin daha da qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimiz İlham Əliyevə yardımçı olmağı bu dövrdə vəzifə və vətəndaşlıq borcu sayırıq.


Ədliyyə işçiləri olaraq Ümummilli Lider Heydər Əliyevin banisi olduğu dövlətçilik ənənəsinə sadiq qalaraq bundan sonra da  verilən  tapşırıqların   öhdəsindən layiqincə gəlməyə çalışacayıq.


Əminliklə deyə bilərəm ki, biz hələ uzun bir tarixi dövr ərzində Heydər Əliyev kursunun dəyərinin, davamlılığının, onun xalqımızın və milli dövlətçiliyimizin taleyində oynayacağı əvəzsiz rolun şahidi olacağıq. Ümummilli lider Heydər Əliyevin ədliyyə sistemində fəaliyyətinin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri hazırda da öz bəhrəsini verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmişdir.Azərbaycanın həm siyasi, həm iqtisadi inkişafı yönümündə əvəzsiz rolu olan, milli dövlətçiliyimizin memarı Heydər Əliyev ölkədə ədalətin də bərqərar olması üçün bir sıra islahatlar keçirib. Heydər Əliyevin ədliyyə sahəsində apardığı islahatların təzahürü nəticəsində bu sahə davamlı olaraq inkişaf etməkdədir. Ədliyyə orqanlarının əsas kredosu olan qanunçuluq və hüququn aliliyi prinsipləri Ümummilli Liderin uzun illər təbliğ etdiyi haqq-ədalət ideyasına əsaslanır. H.Əliyevin hakimiyyətdə olduğu illər ərzində bu fikir həmişə vahid olmuşdur – vətəndaş öz dövlətindən yalnız haqqı və ədaləti gözləməlidir.
Ulu öndərin xalqımız üçün haqq-ədalət ideyalarının əhəmiyyətini dilə gətirməsi və apardığı siyasətdə ədalət ideyasından çıxış etməsi bu fikirlərlə bir daha təsdiqini tapır: “Əgər hər hansı bir ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.
Bu gün müasir ədliyyə sisteminin inkişafı  Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dühası ilə ölkəmizdə  ədliyyə  fəaliyyəti yenidən quruldu və onların gələcək inkişafının təməli qoyuldu.  Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrü və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir. Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Onun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.Xalqımız əmindir ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla davam etdirən ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə аpаrаcaqdır. Azərbaycan xalqının Ümummilli lideri, müdrik rəhbər, dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir və оnun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.Bu gün əminliklə deyə bilərəm ki, ulu öndərimiz Heydər Əliyevin ümummilli və ümumbəşəri ideyaları ilə qurulan dövlət siyasəti daim xalqımızın, millətimizin yolunu aydınladacaq və müstəqil dövlətimizin daha da güclənməsində böyük rol oynayacaqdır. Ulu öndər tərəfindən başlanmış və bu gün də davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla, ölkənin hərtərəfli tərəqqisinə xidmət edir. Biz ədliyyə işçiləri olaraq ədliyyə işçiləri ulu öndərimzin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün bundan sonra da yüksək əzmlə çalışacayıq. Hər birimiz  ümumilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətin ali məqsədlərinə sadiq qalaraq müasir, demokratik və inkişaf edən Azərbaycan Respublikasına öz töfhələrini vermək üçün var gücümüzlə   çalışacayıq. 


Maral Həsənova

Nizami rayon qeydiyyat şöbəsinin rəisi