Xəbər Lenti
24-07-2026, 16:55
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
24-07-2026, 12:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
24-07-2026, 11:03
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
23-07-2026, 22:43
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
23-07-2026, 19:20
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
23-07-2026, 17:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 21:15
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22-07-2026, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
22-07-2026, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
22-07-2026, 14:30
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
22-07-2026, 13:26
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
22-07-2026, 13:21
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
22-07-2026, 11:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
07 Yanvar 2023 19:48Cəmiyyət
Doxsanıncı illərin ab-havası duyulan kafe
Keçmişə qayıtmaq, zamanın təkərini geriyə fırlatmaq arzu olsa da, gerçəkliyə söykənmir. Lakin bu istəyi heç olmasa müəyyən zaman kəsiyində yaşamaq, həmin günlərə dönmək, arxada qalan illəri bu günə gətirmək qismən də olsa mümkünmüş...
AZƏRTAC xəbər verir ki, Bakının Bəşir Səfəroğlu küçəsi, 170 ünvanında fəaliyyət göstərən “90-lar” kafesinə üz tutanlar qısa müddətdə olsa da, bu hissi yaşayırlar.
“Məndə lap erkən yaşlarımdan nostalji hisslərlə yaşamaq, özümün bu dünyada olmadığım zamanı təsəvvür etmək həvəsi var. Keçmişdə, uzaq illərdə insanların necə yaşaması, geyinməsi, həyat və məişət şəraiti məni həmişə düşündürüb. Elə bu müəssisəni də həmin hisslərin təsiri altında yaratmışam”, - deyə kafenin gənc sahibi Rac Aslanov bu məkanın yaranmasının tarixcəsinə aydınlıq gətirir.
“90-lar” 2016-cı il sentyabrın 13-də öz qapılarını müştərilərin üzünə açıb. O qədər də böyük olmayan - təxminən 60-65 kvadratmetr bir sahədə fəaliyyət göstərən bu kiçik iaşə obyekti təkcə siqaretsiz, içkisiz və internetsiz məkan olmağı ilə deyil, həm də buradakı əşyalar, ötən sərin 90-cı illərini xatırladan aksesuarları ilə də maraq doğurur. Kafedə uzaq illəri xatırladan nə yoxdur: “Mayak” stolüstü saat, radioqəbuledici, yazı makinaları, “Raduqa-719” televizoru, səsyazan, köhnə radio, pianino, qarmon, fincan, ağ-qara ekranlı televizor, çaynik, güldan, stolüstü lampa, primus lampası, həmin illərdə, hətta daha əvvəlki illərdə gəlin köçən qızlara verilən cehiz nümunələri, 70-80-ci illərdə dəbdə olan kinofilmlərdən fotolar, müxtəlif jurnallar, suvenirlər, uşaq oyuncaqları...
Kafenin hələ 30 yaşı tamam olmayan gənc sahibi həm də kolleksiya həvəskarıdır. “Buradakı əşyaların bir qismini Sabunçuda “Rus bazarı” deyilən yerdən almışam, qalanlarını isə bağışlayıblar. Bir dostum FED-5 fotoaparatı bağışlayıb, bir dostum ağ-qara ekranlı “Horizont” markalı televizor, başqa bir dostum lampa, fincan...”, - deyə Rac xatırlayır. Kafenin divarlarında köhnə kitablardan ibarət rəf, 90-cı illərdə dövriyyədə olan kağız pullar, həmin illərdə dərc olunan jurnal nümunələri, filmlərdən yaddaqalan kadrların şəkilləri bəzəyir.
Maraqlıdır ki, kafeyə üz tutanların demək olar ki, çox böyük əksəriyyətini tələbələr, gənclər və yeniyetmələr təşkil edir. Onlara fastfurdlar, yüngül qəlyanaltılar, çay, kofe, burqerlər, kokteyllər, şirniyyatlar təklif olunur. Stolüstü oyun həvəskarları burada domino və dama da oynaya bilərlər.
“Təəssüf ki, menyuda 90-cı illərin ab-havasını hələ yarada bilmirik. Çalışırıq ki, yaxın vaxtlarda mümkün qədər əvvəlki illərin mətbəxindən nümunələr təqdim edək. Məsələn, püre, kotlet, cız-bız və s.”- deyə Rac gələcək planlarından da söhbət açır.
Köhnə bakılıların “Torqovı” adlandırdıqları ərazinin yaxınlığında ötən əsrin 90-cı illərini, bəzi aksesuarları ilə bir az da əvvəli yaşadan, yada salan məkan... Nostalji hisslər yaşamaq həmişə qəribə duyğular oyadır...