Xəbər Lenti
20-11-2024, 10:48
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
20-11-2024, 10:27
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
20-11-2024, 09:17
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
20-11-2024, 08:58
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
19-11-2024, 08:11
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
18-11-2024, 09:55
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
24 Şub 06:56Siyasət
Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin avqustu
müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
XXX
1-6 avqust – Prezident Heydər Əliyevin ABŞ-a iyulun axırlarında başlayan rəsmi səfəri davam etdi.
8 avqust- ABŞ-a rəsmi səfərdən qayıdarkən təyyarədə yerli jurnalistlərin suallarını cavablandırdı.
11 avqust - Təhlükəsizlik Şurasının iclasını keçirdi.
12 avqust - NATO-nun nümayəndə heyətini qəbul etdi.
19 avqust - Moldovanın milli təhlükəsizlik naziri ilə görüşdü.
22 avqust - Ukraynanın milli müstəqillik günü münasibətilə keçirilən rəsmi qəbulda nitq söylədi.
26-28 avqust - Polşada rəsmi səfərdə oldu. Bu ölkənin dövlət və hökumət rəsmiləri ilə danışıqlar apardı.
29 avqust - Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu ilə görüşdü.
30 avqust - ÇXR-in parlament nümayəndə heyətini qəbul etdi.
X X X
Ümummilli Lider Heydər Əliyevin xarici siyasətinin prioritet istiqamətlərindən bir də dünyanın super gücləri ilə sıx əlaqələrin qurulması idi. Heydər Əliyevin Prezident Bill Klintonun dəvəti ilə ABŞ-a rəsmi səfəri iki ölkənin münasibətlərində yeni səhifə açdı. Bu səfər öz əhəmiyyətinə, zəngin proqramına, imzalanan sənədlərin vacibliyinə görə diqqət çəkir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1997-ci il iyulun 28-dən avqustun 6-na kimi davam edən səfər zamanı Ulu Öndər Vaşinqton, Nyu-York, Hyuston və Çikaqo şəhərində oldu və ümumilikdə 88 görüş keçirdi.
Heydər Əliyev Birləşmiş Ştatlara ongünlük səfəri çərçivəsində Prezident Bill Klinton ilə görüşdü, ABŞ və Azərbaycan nümayəndə heyəti ilə görüşdə çıxış etdi. ABŞ-nin neft şirkətləri ilə ARDNŞ arasında neft müqavilələrinin imzalanması mərasiminə qatıldı. “Vaşinqton Tayms” qəzeti də daxil olmaqla, ABŞ-nin tanınmış xəbər agentliklərinə müsahibə verdi. Hyuston və Çikaqoda fəaliyyət göstərən “Eksson”, “Teksako” , “Arko”, “Şell”, “Mobil”, “FMS”, “Motorola” və “AMOKO” kimi məşhur şirkətlərin rəhbərləri ilə görüşüb, danışıqlar apardı. Həmçinin Amerikadakı Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri ilə söhbət etdi.
Ulu Öndər Prezident Bill Klintonla görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarından danışdı və ABŞ Konqresinin “Azadlığı müdafiə aktı”nın Azərbaycanı ədalətsiz olaraq humanitar yardımdan məhrum edən 907-ci bəndin ləğv edilməsinin vacibliyini vurğuladı. Bunun Azərbaycan–Amerika əlaqələrinin dərinləşdirilməsinə müəyyən əngəllər törətdiyini diqqətə çatdıran Heydər Əliyev iki ölkə arasında əlaqələrin inkişafında “Əsrin müqaviləsi”nin əhəmiyyətinə toxundu. Eyni zamanda, qeyd etdi ki, müstəqil Azərbaycan strateji xətt kimi islahatlar yolunu seçib və ölkəmiz dünya, o cümlədən ABŞ investisiyaları üçün açıqdır. Azərbaycan Amerikanı özünə yaxın dost və tərəfdaş bilir.
Sitat: “Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir. Azərbaycanda heç bir xarici dövlətin qoşunları və hərbi bazaları yoxdur və indən belə də olmayacaq. Bununla yanaşı, vurğulamaq istəyirəm ki, Rusiyanın Ermənistana qeyri-qanuni yolla bir milyard dollarlıq müasir silahlar göndərməsi regional təhlükəsizlik baxımından böyük narahatlıq doğurub. Azərbaycan Amerikanı özünün yaxın dostu və tərəfdaşı sayır. Bunu qeyd etməyi vacib bilirəm və eyni zamanda bildirirəm ki, ölkəmizdə ictimai-siyasi vəziyyət sabitdir, iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması üçün islahatlar aparılır, demokratiyanın inkişaf etdirilməsi, insan hüquqlarının qorunması sahəsində mühüm tədbirlər həyata keçirilir. Biz bu yolu gələcəkdə də davam etdirəcəyik. Azərbaycan iqtisadiyyatı dünya üçün, o cümlədən Amerika investisiyaları üçün açıqdır”.
Heydər Əliyev təhsilin inkişafını, təhsil sisteminin təkmilləşdirilməsini daim diqqətdə saxlayır, həmçinin gənclərimizin savadlı, yüksək dünyagörüşünə malik, eyni zamanda, milli ruhlu vətəndaş kimi yetişməsini vacib hesab edirdi. Bu məqsədlə 1969-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc təhsil almaq üçün SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərilmişdi. Bu ənənə müstəqillik illərində də davam etdirilir, gənclərimizin dünya universitetlərində təhsil almasına imkan yaradılırdı.
Ümummilli Liderin gənclər siyasətinin əsas məqsədini milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə olunması təşkil edirdi. 1997-ci il avqustun 29-da Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə görüşən Heydər Əliyev tələbə gənclərin qarşısında duran vəzifələrdən danışdı, öz tövsiyələrini verdi. Gənclərin xaricdə təhsil almağa maraq göstərməsini, xarici dilləri öyrənməyə can atmasını təqdir edən Ulu Öndər eyni zamanda, vurğuladı ki, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini mükəmməl bilməlidir.
Sitat: “Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir. Mən bir daha arzu edirəm ki, vətəndaşlarımız ingilis dilini də, rus dilini də, fransız dilini də, alman dilini də, türk dilini də, ərəb dilini də, fars dilini də, hətta Çin dilini də bilsinlər. Gənclərimiz nə qədər çox dil bilsələr bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Amma ən əsası ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın, bunu aradan qaldırın. Xarici ölkələrdə təhsil alarkən, həmin ölkənin dilini öyrənərkən, eyni zamanda, başqa dilləri öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz. Hətta öz dilimizdə danışmağı başqalarına da öyrədin”.
Ulu Öndərin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən biri də azərbaycançılıq ideologiyasının yaradılmasıdır. Heydər Əliyev bütün fəaliyyəti boyu dünya azərbaycanlılarını dövlətimizin müstəqilliyi və azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməyə çağırırdı. Bu baxımdan Ümummilli Liderin 1997-ci il avqustun 4-də ABŞ-nin Çikaqo şəhərində Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri ilə görüşü səciyyəvidir. Görüşdə çıxış edən Heydər Əliyev vurğuladı ki, erməni lobbisi ABŞ-da Azərbaycana qarşı mənfi fikir formalaşdırıb. Azərbaycan diasporu bunu nəzərə alaraq, fəallığı artırmalıdır, azərbaycanlılar dünyanın harasında yaşamalarından asılı olmayaraq, həmrəylik nümayiş etdirməlidirlər. Ermənilərin ABŞ-da Ermənistan üçün necə vuruşduqlarını deyən Heydər Əliyev bu ölkədəki soydaşlarımızın fəaliyyətindən narazılığını bildirdi, milli mənafenin hər şeydən üstün tutulmasının vacibliyini qeyd etdi. Vurğuladı ki, hər bir soydaşımız Azərbaycan xalqının dünya birliyinə daxil olan müstəqil dövlətinin varlığı ilə fəxr etməlidir.
X X X
Heydər Əliyevin ABŞ-nin Çikaqo şəhərində Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri ilə görüşündəki nitqindən
*Mən Azərbaycana vaxtilə 14 il rəhbərlik etmişəm. Sonra 5 il Sovetlər İttifaqına rəhbərlik edən adamlardan biri olmuşam, Azərbaycana yenə də öz qayğımı göstərmişəm. Bundan sonra mən 6 il əziyyətlər çəkmişəm, cürbəcür məhrumiyyətlərlə üzləşmişəm. Siz bunların hamısını yəqin ki, bilirsiniz. Ancaq mən harada oluramsa-olum, ürəyim həmişə Azərbaycanladır. Mən 5 il Moskvada, Kremldə oturmuşam. Sovetlər İttifaqının ən yüksəkvəzifəli şəxslərindən biri olmuşam. Mən bütün Sovetlər İttifaqı üçün məsul idim. Amma mənim ürəyim Azərbaycanda idi. Həmin 5 il içərisində Azərbaycan üçün çox işlər gördüm.
*907-ci düzəlişi konqresdə kim keçirib? Ermənilər keçiriblər. Konqresmenlərin çoxu mənə deyir ki, biz o vaxt bu 907-ci düzəlişin nə olduğunu heç bilmirdik. Söyləyirlər ki, o vaxt gecə iclas qurtarhaqurtarda bu layihəni gətirdilər, biz də səs verdik, iclas qurtardı, çıxıb getdik. Bəli, bu maddəni Konqresdə ermənilər keçiriblər. Yəqin siz bilirsiniz ki, Prezident Bill Klinton məni Amerikaya rəsmi səfərə dəvət edəndən sonra ermənilər burada hay-küy saldılar. Birinci olaraq cənab Klintona məktub yazdılar ki, Heydər Əliyevin Amerikaya səfərini ləğv edin. Bill Klintona 15-ə yaxın erməni təşkilatı məktub yazmışdı.
*Harada yaşayırsansa yaşa, Vətəndən, Ana torpaqdan şirin şey yoxdur. Mən on il Moskvada yaşadım, özü də ən yüksək vəzifədə işlədim. Azərbaycan xalqının, müsəlman aləminin tarixində nə keçmiş rus imperiyası dövründə, nə də Sovet İttifaqının hakimiyyəti zamanı o cür zirvəyə çatan azərbaycanlı, müsəlman olmayıb. Bu da tarixdir. Bəziləri deyirlər ki, Heydər Əliyev Siyasi Büronun üzvü olub və sairə. Bəli, olmuşam. Mən bununla fəxr edirəm. Çünki Azərbaycan xalqını tanıtmışam, Azərbaycan xalqını Kremlin sarayına qaldırmışam. Bununla fəxr edirəm. Mən orada on il yaşadım, ancaq mənim ürəyim də, gecəm də, gündüzüm də Azərbaycanla oldu. Çünki Azərbaycan mənim doğma Vətənim, torpağımdır. Ola bilərdi ki, bəlkə də başqa yerdə rahat yaşayardım. Amma Bakıya gəldim.
*Hər bir azərbaycanlı fəxr etməlidir ki, nəhayət, Azərbaycan xalqının dünya birliyinə daxil olan müstəqil dövləti vardır. Bu, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.
*Azərbaycan müstəqil bir dövlətdir, ona görə də gərək hər bir azərbaycanlı nə mümkündür, onu etsin. Sizin vəzifəniz bu olmalıdır. Əlbəttə ki, Azərbaycan sizin dayağınızdır. Azərbaycan Prezidenti kimi mən dünyada yaşayan hər bir azərbaycanlıya qayğı göstərməyə, hər bir azərbaycanlının dərdinə şərik olmağa hazıram. Mənim və dövlətimizin köməyinə ehtiyac duyan hər bir azərbaycanlıya kömək etməyə hazıram. Çünki o azərbaycanlıdır. Azərbaycan Respublikasının Prezidenti kimi, mənim üçün hər bir azərbaycanlı, harada yaşamasından, doğulmasından asılı olmayaraq, əzizdir. Mənim məsləhətim ondan ibarətdir ki, siz Azərbaycanla daha da sıx əlaqə saxlayasınız.
*Bizim aramızda bir Araz var. Rəhmətlik Şəhriyar bu barədə nə deyib, yadınızdadır? Biz bu il Şəhriyarın 90 illik yubileyini keçirəcəyik, buna hazırlaşırıq. İndi nə olsun ki, vaxtilə aramızı kəsdilər. Aramızı Araz kəsmədi, bizi parçaladılar. Nə olsun? Nə fərqi var ki, biri o tayda, biri bu tayda doğulub? Hamısı azərbaycanlıdır. Ona görə də gəlin daha da birləşək, bir olaq. Bir daha deyirəm, bütün azərbaycanlıların indi dünyada bir Vətəni var. O da müstəqil Azərbaycan Respublikasıdır. Bir dövləti var. Bu, müstəqil Azərbaycan Respublikasıdır, onun dövlətidir. Gəlin, hamımız bu dövlətin, bu Vətənin ətrafında sıx birləşək. Kim harada yaşayır-yaşasın. Biz hamıya sərbəstlik veririk. İndi Azərbaycandan da kim istəyir, gedib harada yaşayır yaşasın. Keçmiş vaxt deyil, biz heç kimin qarşısını almırıq. Amma harada yaşayırsansa yaşa, öz Vətənini həmişə qəlbində saxla.