“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Universiteti ilə Elm və təhsil komitəsi birgə tədbir keçirdi
Milli Məclisin Elm və təhsil komitəsi və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda respublika elmi konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransı açılış nitqi ilə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq qonaqları salamlayıb və tədbirin işinə uğurlar arzulayıb.
Rektor çıxışında Konstitusiya və Suverenlik İli çərçivəsində Azərbaycan Universitetində keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, universitetdə keçirilən bütün tədbirlərdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli kimliyin və milli-mənəvi dəyərlərin qorunması və yaşadılması məsələlərinə hər zaman xüsusi diqqət yetirilir. Gənc nəsildə dövlətçilik ənənələrinə hörmət, vətənpərvərlik ruhu və ictimai məsuliyyətin formalaşdırılması universitetin prioritet istiqamətlərindəndir. Bu baxımdan “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda təşkil olunan konfrans həm tarixi yaddaşın gücləndirilməsi, həm də müasir dövrün reallıqlarının tələbələrə düzgün çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, komitənin üzvləri – professor Bəxtiyar Əliyev, dosent Mehriban Vəliyeva, dosent Ceyhun Məmmədov, professor Vasif Qafarov, Şahin Seyidzadə, Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyev və kafedranın müdiri, dosent Elvin Talışınskinin məruzələri dinlənilib.
Məruzələrdə qeyd edilib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin siyasi, iqtisadi və hərbi gücünün möhkəmlənməsinin və yeni bir dövrün əsası qoyulub. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən qətiyyət, iradə və ardıcıllıqla həyata keçirilməsi, Azərbaycan xalqının birliyi və Azərbaycan ordusunun qəhrəmanlığı Qarabağ Zəfərini mümkün edib. Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev, Qarabağ Zəfərinin memarı isə Prezident İlham Əliyevdir. Azərbaycanın bu gün beynəlxalq müstəvidə sərgilədiyi mövqeyin əsasında güclü dövlətçilik dayaqları dayanır.
Bildirilib ki, Qarabağ zəfəri ilə Azərbaycan itirdiyi torpaqları geri almağa başlayaraq bir ilkə imza atıb və tarixi ədaləti bərpa edib. Bu zəfər yeni tarix yazıb, Azərbaycan xalqının özünüdərkini daha da gücləndirib, “Böyük Qayıdış” prosesinin başlanğıcını qoyub. Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur, bu ərazilər indi inkişaf etmiş, müasir yaşayış məkanlarına çevrilir.























































