Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
Azərbaycan Universitetinin rektoru yüksəkballı tələbələrlə görüşdü
Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva 2025/2026-cı tədris ilində universitetə yüksək balla qəbul olan tələbələrlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, 8 Noyabr - Zəfər Günü ərəfəsində təşkil olunan görüşdə universitetin “Ulduz tələbə” layihəsi çərçivəsində payız semestri üzrə bu statusa layiq görülmüş tələbələr də iştirak ediblər.
Səmimi söhbət şəraitində keçən görüşdə rektor tələbələri yüksək nəticələrinə görə təbrik edib, universitetdə onlar üçün yaradılan akademik və fərdi inkişaf imkanları haqqında məlumat verib. Bu istiqamətlərdə nəzərdə tutulan yenilikləri də diqqətə çatdıran Səadət Əliyeva tələbələri onlar üçün yaradılan imkanlardan səmərəli istifadə etməyə, proqram və layihələrdə fəal iştiraka səsləyib. Rektor qeyd edib ki, Azərbaycan Universiteti tələbələrin peşəkar mütəxəssis kimi formalaşmaları üçün doğru ünvandır. Onlar üçün yaradılan şərait, açıq ünsiyyət mühiti və dəstək mexanizmləri universiteti tələbə dostu ali təhsil müəssisəsi kimi fərqləndirir.
Rektor söhbət zamanı tələbələrə universitet həyatı və gələcəklə bağlı tövsiyələrini də verib. Qeyd edib ki, gənclərin yetişməsində peşəkar bilik və bacarıqlar qədər mənəvi dəyərlərə bağlılıq, əməksevərlik, mütaliə, nizam-intizam və sosial bacarıqlar da böyük rol oynayır. Bu keyfiyyətlərin hər biri gənclərin şəxsiyyət kimi inkişafına, cəmiyyətə faydalı və məsuliyyətli vətəndaş kimi yetişməsinə xidmət edir.
Rektor görüş zamanı tələbələrin gözləntilərini, ideya və təkliflərini də dinləyib. Onlarla universitet həyatına adaptasiya, tədris prosesi və gələcək planları barədə fikir mübadiləsi aparan Səadət Əliyeva bu fikirlərin universitet həyatının daha da zənginləşməsinə töhfə verəcəyini qeyd edib.
Tələbələrə təhsil həyatında uğurlar arzulayan rektor bildirib ki, onlar Azərbaycanın ən uğurlu dövründə ali təhsil alırlar: “Siz xalqımızın zəfər və qələbə ruhu ilə yaşadığı dövrün tələbələrisiniz. Siz ölkəmizin gələcəyini formalaşdıracaq, sabahını quracaq gənclərsiniz. Ölkəmizin ən gözəl günlərində tələbə olmaq həm məsuliyyət, həm də böyük şərəfdir”.
Görüşdə iştirak edən tələbələr üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini, bu çağırışa uyğun olaraq əzmlə çalışacaqlarını bildirib, səmimi görüş üçün rektora təşəkkür ediblər.




























































