QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib
Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığı nəzərdə tutan Saziş təsdiqlənib - FƏRMAN
General-mayor Vurğun Süleymanovun adı keçən dələduzluq iddiası: qarşı tərəf susur, zərərçəkən danışır
“Heqiqixeber.az” Vurğun Süleymanov və qardaşları ilə bağlı yayılan iddialara münasibət öyrənmək üçün onlarla əlaqə yaratmağa çalışıb. Lakin redaksiyanın zəng və mesajları cavabsız qalıb. Məlumata görə, general-mayor Vurğun Süleymanov daxil olan mesajlara baxdıqdan sonra redaksiyanın nömrəsini qara siyahıya əlavə edib. Bu səbəbdən onun mövqeyini öyrənmək mümkün olmayıb.
Dələduzluq iddiasında adı çəkilən digər əsas şəxs Gündüz Süleymanovun telefonları isə günboyu bağlı olub.
Redaksiya olaraq bildiririk ki, qarşı tərəfin mövqeyini işıqlandırmaq üçün hər zaman açığıq. Vurğun Süleymanov və ya onun nümayəndəsi istənilən vaxt əlaqə saxlayaraq münasibətini bildirə, cavab haqqından yararlana bilər.
Xatırladaq ki, Vurğun Süleymanov 2004–2006-cı illərdə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Maliyyə-Tarif şöbəsində inspektor, 2006–2007-ci illərdə Maliyyə-Tarif və Tədiyyələr bölməsinin rəisi, 2007–2014-cü illərdə həmin idarənin rəis müavini, 2014–2019-cu illərdə isə Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb.
Gündüz Süleymanovun digər qardaşı Ziya Süleymanov isə FHN-in Su Ehtiyatları Dövlət Agentliyində rəis müavini olub.
İddialara görə, Gündüz Süleymanov uzun müddət qonşuluqda yaşadığı şəxslə yaxın ünsiyyətdə olub və ona müxtəlif elektron əşyalar – ütü, ətçəkən, fen və digər mallar gətirərək satmaq təklif edib. Zərərçəkənin sözlərinə görə, Gündüz hər dəfə bu sahədə yüksək qazanc olduğunu deyib və işi böyütməyi təklif edib:
“Anbarımı su basandan sonra vəziyyətim bir az çətinləşdi. Çox təklif etdikdən sonra razılaşdım. İki evimi satıb 162 200 manat pulu hissə-hissə verdim. Dedi ki, mallar Bakıdakı və Göyçaydakı anbarlara yığılıb, amma məni mala yaxın buraxmadı. Hər dəfə deyirdi ki, gələn ay bu qədər pul verəcəyəm. Axırda gördüm yalandır.”
Zərərçəkən bildirir ki, pulunu istəyəndə Gündüz onu hədələyib: “Dedi ki, atam prezidentin ailə üzvüdür, qardaşım general, iki qardaşım isə polkovnikdir. Səni aparıb qaytarmaram.”
Şikayətçi bu hədələrdən sonra geri çəkilmədiyini, Göyçay və Bakıdakı anbarlardan yalnız 64 min manatlıq satılmayan, yararsız mal götürə bildiyini deyib. Onun sözlərinə görə, həmin mallar da satışa yararlı deyil.
Daha sonra tərəflər arasında qarşıdurma böyüyüb. Zərərçəkən məhz bu vaxt Gündüzün həyat yoldaşının onu polisə şikayət etdiyini, dəfələrlə haqqında “təhqir” iddiası irəli sürdüyünü qeyd edib: “Xəzər Rayon Polis İdarəsinə şikayət etdim. Polis onu dələduzluğa görə saxladı, amma iki gün sonra prokurorluq işi mülki mübahisə kimi qiymətləndirib azadlığa buraxdı. Halbuki bu, konkret dələduzluq faktıdır.”
Qarşı tərəfin cavab haqqına hörmətlə yanaşırıq.
General-mayor Vurğun Süleymanov, Gündüz Süleymanov və ya onların nümayəndələri istənilən vaxt redaksiyamızla əlaqə saxlayaraq öz mövqelərini təqdim edə bilərlər.
“Heqiqixeber.az”























































