Xəbər Lenti
Bugün, 21:41
Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
Bugün, 17:09
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
30-05-2026, 22:46
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
30-05-2026, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
30-05-2026, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 17:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
29-05-2026, 12:10
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
29-05-2026, 12:01
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
DTX-nin saxladığı gömrük generalının BİZNES ŞƏBƏKƏSİ – ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, iyunun 20-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin bir sıra yüksək çinli məmuru saxlanılıb.
Onlardan biri də “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilovdur.
E. Xəlilov 5 iyun 1965-ci ildə Göyçay rayonu Bığır kəndində anadan olub. O, 1992-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib və 1997-ci ildən Gömrük orqanlarında xidmət göstərir.
Gömrük orqanlarında 25 illik fəaliyyəti müddətində Xəlilov aşağıdakı vəzifələrdə çalışıb:
1. 1997-ci ildə Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və Gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru vəzifələrində;
2. 2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi vəzifələrində;
3. 2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük idarəsinin rəisi;
4. 2013-2018-ci illərdə Aksiz Baş Gömrük idarəsinin rəisi;
5. 2018-ci ildən Azərterminalkompleks birliyinin direktoru vəzifəsini icra edib.
Bizim.Media-nın araşdırması nəticəsində isə məlum olub ki, DGK-dakı fəaliyyəti dönəmində Ehtiram Xəlilov heç də müsbət reputasiya yarada bilməyib.
Belə ki, dövri mətbuatda E. Xəlilovun DGK-nın “qara kassa”sı olduğu ilə bağlı iddialar mövcuddur. Bundan əlavə, saxlanılan generalın Aksiz Gömrük Baş İdarəsinə rəhbərlik etdiyi dövrlərdəki fəaliyyəti ilə bağlı şübhəli məqamlar daha çoxdur. Qeyd olunur ki, aksizsiz malları ölkəyə gətirən şəbəkəyə müvafiq dövrdə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi general mayor Ehtiram Xəlilov rəhbərlik edib.
Onun hətta özünəməxsus “TIR”larının olduğu və həmin nəqliyyat vasitələrinin heç bir maneə ilə üzləşmədən aksizsiz malları gömrük-keçid məntəqələrindən keçirdiyi məlumatlar arasındadır.
Yerli KİV-lərin məlumatına görə, Ehtiram Xəlilovun bu cür fəaliyyətləri sayəsində böyük maliyyə resursları yaranıb.
İddia edilir ki, saxlanılan idarə rəisi hələ Sumqayıtda işləyərkən Göyçayın Çərəkə kəndində bir neçə hektar ərazini alaraq, orada özünə böyük obyekt tikib.
Bəzi məlumatlara görə, həmin torpaq sahəsi kənd sakinlərindən birinə məxsus olub. Lakin tərəflər satışla bağlı qiymətlər məsələsində razılığa gələ bilməyiblər. Bundan sonra isə generalın rütbəsi və vəzifəsindən sui-istifadə edərək, zorla həmin torpaq sahəni ələ keçirdiyi deyilir.
Qeyd olunan torpaq sahəsiysə "Çərəkə Turizm Mərkəzi"nin yerləşdiyi ərazidir. Hazırda da obyektə faktiki rəhbərlik edən Ehtiram Xəlilovun qudasıdır.
Generalla bağlı bir digər informasiyada isə qeyd olunub ki, general bir vaxtlar orta məktəb müəllimi olmuş atası Səyyaf Xəlilovun adını Göyçayın mərkəzində bir küçəyə qoydurmağa da nail olub. Ən maraqlı məqamlardan biri isə onun atasının məzarı üzərində hər gecə fəxri qaravulun dayanmasıdır.
Qeyd edək ki, Ehtiram Xəlilovun saxlanılma xəbərini ilk olaraq sfera.az xəbər portalı yayımlayib.























































