Xəbər Lenti
Bugün, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Dünən, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
Dünən, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 17:48
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
9-11-2026, 10:51
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Gömrük Akademiyası Qırğız Respublikası Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün təlimlər təşkil edir

Dövlət Gömrük Komitəsinin Akademiyası Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün təlimlərə başlayıb. Təlimlər Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında imzalanmış 14 iyun 2017-ci il tarixli “Kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında” Protokola əsasən təşkil edilir.
İki il ərzində Akademiya tərəfindən Qırğız gömrükçüləri üçün müxtəlif mövzular üzrə təlimlərin təşkili nəzərdə tutulur. Təlimlərdə azərbaycanlı mütəxəssislər müvafiq sahədəki təcrübələrini qırğızıstanlı həmkarları ilə bölüşürlər.
İlk təlimlər “Gömrük nəzarətinin səmərəli həyata keçirilməsi üsulları” mövzusunda təşkil edilib və təlimlərin ilk günüAzərbaycan Respublikasının gömrük sərhəd buraxılış məntəqələrində həyata keçirilən prosedurlar və əməliyyatlar mövzusuna həsr olunub. Təlimdə DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərhəddə prosedurların tətbiqi və monitorinqi şöbəsinin baş inspektoru, gömrük xidməti kapitanı Emin İsmayılov Azərbaycan Respublikasının gömrük sərhəd buraxılış məntəqələrində həyata keçirilən prosedurlar və əməliyyatlar, o cümlədən Azərbaycan Respublikasının sərhəd gömrük orqanlarında mal və nəqliyyat vasitələrinin qeydiyyatının bir pəncərə prinsipi əsasında həyata keçirilməsi haqqında təqdimat ilə çıxış edərək təlim iştirakçılarına ətraflı məlumat verib.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün “Gömrük nəzarətinin səmərəli həyata keçirilməsi üsulları” mövzusu üzrə praktiki təlimlər cari ilin 14 noyabr tarixindən 18 noyabr tarixinədək onlayn formatda davam edəcəkdir.























































