Xəbər Lenti
1-06-2026, 21:41
Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
1-06-2026, 21:35
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
1-06-2026, 17:09
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
30-05-2026, 22:46
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
30-05-2026, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
30-05-2026, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 17:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
ABŞ Ukraynada müharibənin dayandırılması üçün gizli plan hazırlayır - "Axios"
ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna müharibəsinin dayandırılması üçün yeni plan üzərində işləyir və bu proses zamanı Rusiya rəsmiləri ilə gizli məsləhətləşmələr aparır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios” ABŞ və Rusiya rəsmilərinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ planı 28 bənddən ibarətdir və rusiyalı yüksək vəzifəli rəsmilər onunla bağlı optimist olduqlarını bildiriblər.
Planın əsas istiqamətləri
Axios-un məlumatına görə, 28 bənd dörd kateqoriyaya bölünür:
1. Ukraynada sülh,
2. Təhlükəsizlik zəmanətləri,
3. Avropada təhlükəsizlik,
4. ABŞ-ın Rusiya və Ukrayna ilə gələcək münasibətləri.
Lakin planın Donbasdakı territorial nəzarət kimi ən çətin məsələləri necə həll edəcəyi hələlik bəlli deyil.
Planı kim hazırlayır
Planın hazırlanmasına Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edir. O, planı Rusiya səfiri Kiril Dmitriyev ilə ətraflı müzakirə edib. Dmitriyev etiraf edib ki, üç gün Mayamidə Vitkoff və Tramp komandasının üzvləri ilə görüşlər keçirib və planın uğur şanslarının yüksək olduğunu düşünür.
"Rusiya mövqeyinin həqiqətən eşidildiyini hiss edirik”, – deyə Dmitriyev bildirib.
Vitkoff planı bu həftənin əvvəlində Mayamidə Ukrayna prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Rustem Umerov ilə də müzakirə edib. Ukrayna tərəfi danışıqların getdiyini təsdiqləyib.
Ağ Evdən açıqlama
Ağ Evin nümayəndəsi "Axios"a bildirib:
"Prezident açıq şəkildə bildirib ki, qətllər dayanmalı, müharibənin dayandırılması barədə razılaşma əldə olunmalıdır. Tramp inanır ki, kifayət qədər çeviklik göstərilsə, bu mənasız müharibəyə son qoymaq mümkündür”.
Planın mənşəyi və məqsədi
Dmitriyev deyib ki, əsas ideya avqustda Alyaskada Tramp və Vladimir Putin arasında razılaşdırılan prinsiplərdən çıxış edərək:
• Ukrayna münaqişəsinin həlli,
• Rusiya–ABŞ münasibətlərinin bərpası,
• Rusiyanın təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması ilə bağlı təklif hazırlamaqdır.
Məqsəd – Tramp və Putinin növbəti görüşünədək yazılı sənədin hazırlanmasıdır.
Dmitriyev Britaniyanın paralel sülh planı cəhdlərini də şərh edərək bildirib ki, həmin təşəbbüs "Rusiya mövqeyini nəzərə almadığı üçün” uğur şansı yoxdur.
ABŞ planı Ukrayna və Avropaya izah edir.
Rusiya rəsmisinin sözlərinə görə, ABŞ hazırda ukraynalılara və avropalılara "öz yanaşmasının üstünlüklərini” izah etməyə çalışır. O həmçinin bildirib: "Bu, Rusiyanın döyüş meydanında yeni uğurlar əldə etdiyi fonda baş verir”.
Amerikalı rəsmi təsdiqləyib ki, Ağ Ev artıq Avropa və Ukrayna rəsmilərini plan haqqında məlumatlandırmağa başlayıb və tərəflərin təkliflərinə uyğun olaraq sənədin adaptasiya ediləcəyini deyib.
Bu fonda Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrijko hesab edir ki, Putinlə danışıqlar nəticə verməyəcək.
Kreml sözçüsü Dmitri Peskov isə bildirir ki, Ukrayna "gec-tez” Rusiya ilə danışıqlara məcbur olacaq.
Alpər























































