Menu
Xəbər Lenti
Zelenski Türkiyədədir
Dünən, 08:59

Zelenski Türkiyədədir

Yadigar Muradov vəfat etdi
18-11-2025, 09:28

Yadigar Muradov vəfat etdi

APA-nın 21 yaşı olur
16-11-2025, 08:33

APA-nın 21 yaşı olur

20 Noyabr 2025 17:10Manşet / Gündəm

Şirvanda YAP-ın təsis olunmasının 33-cü ildönümü qeyd edilib

 

Noyabrın 20-də Şirvan şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə öncə Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhid məzarları önünə tər güllər düzülüb.

YAP Şirvan şəhər təşkilatında əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra rəsm sərgisinə baxış keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, bildirib ki, Azərbaycanın ən mütəşəkkil və qüdrətli siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik və dövlətçilik tarixində müstəsna rolu vardır. Dövlətimizin xaos və anarxiyadan, tənəzzüldən, məhv olmaq təhlükəsindən xilas edilməsində, davamlı sabitlik və inkişaf yoluna çıxarılmasında əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü Azərbaycanın hər bir guşəsində qeyd olunur.

İlqar Abbasov diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı olduğunu sübuta yetirmişdir.

Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndərin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biridir və partiyanın siyasi səhnəyə çıxması Azərbaycan insanının özünə güvənini qaytarıb. Bildirib ki, xalqımız öz gələcəyinə inamla baxmağa başladı, onu irəliyə aparan, böyük məqsədlər naminə səfərbər edə bilən siyasi təşkilata və onun elan etdiyi azərbaycançılıq ideologiyasına ürəkdən bağlandı, bu ideologiyanın Azərbaycanı nicat yoluna çıxara biləcək yeganə siyasi yol olduğunu qəbul etdi. Yeni Azərbaycan Partiyasının yaradılmasından bir neçə ay sonra xalqın təkidli tələbi ilə Ulu Öndər ali hakimiyyətə qayıtdı, bu qayıdışla başlanan xilaskarlıq missiyası xalqımızın və dövlətimizin gələcək taleyini müəyyən etdi.

Bildirib ki, öz ideoloji prinsiplərini cəmiyyətimizin birliyi, dövlətimizin bütövlüyü və xalqımızın həmrəyliyi üzərində quran Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbəsi ilə bu mühüm tarixi missiyanın öhdəsindən uğurla gəlmişdir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir.

İlqar Abbasov bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxcəhətli fəaliyyətinin həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə dərin rəğbətlə qarşılandığını məmnunluqla qeyd edib.

Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi kəşməkəşli yola nəzər salıb, dövlətimizin suverenliyi uğrunda mübarizədə verdiyi töhfələrdən, əldə etdiyi naliyyətlərdən söhbət açıb. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yaranmış Yeni Azərbaycan Partiyasının xalqımızın müstəqilliyi naminə mübarizəsində layiqli aparıcı siyasi qüvvə olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin “YAP – dünənin, bu günün və gələcəyin partiyasıdır” ifadəsinin hər zaman aktual olduğunu deyib.

Sonra çıxış edənlər – YAP Mərkəzi Aparatının əməkdaşı Əli Axundov, “Uşaq Bağçaları Birliyi” ərazi partiya təşkliatının sədri Təranə Əhməd, “Shirvan OC Ltd” ərazi partiya təşkilatının sədri Taleh Məmmədov, şəhid anası Məryam Həsənova, 2 saylı körpələr evi-uşaq bağçasının direktoru Gülnar Hümbətova partiyanın 33 illik fəaliyyəti ərzində əldə etdiyi uğurları, ölkənin inkişafında və dövlətçilik siyasətində oynadığı aparıcı rolu diqqətə çatdırıblar.

Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə və partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.

http://shirvan-ih.gov.az/az/news/sirvanda-yap-in-tesis-olunmasinin-33-cu-ildonumu-qeyd-edilib20112025.html?fbclid=IwY2xjawOMGh5leHRuA2FlbQIxMABicmlkETFJRkFWWU9Ea09sNVpmaE1Oc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHsKs05HdFKILg4IJNeE-MCq47vd6lHeGBBS2pQhZd0sdhURD7dve6Vx0hfq0_aem_A1_MyqvbDbJg4MsEBQ4NTw