Xəbər Lenti
Dünən, 14:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 16:56
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
8-04-2026, 15:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 14:12
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
8-04-2026, 13:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
7-04-2026, 19:36
Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?
7-04-2026, 17:16
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
7-04-2026, 13:12
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu
Asiya İnkişaf Bankının (AİB) yeni prezidenti Masato Kanda və onu müşayiət edən nümayəndə heyəti Azərbaycana səfər proqramı çərçivəsində Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan və Cənubi Qafqazın ən böyük logistik mərkəzlərindən biri sayılan Məhəmmədi Logistika Mərkəzini ziyarət ediblər.
Logistik Mərkəzdə qonaqların VŞQ rəhbərliyi və şirkətlə yaxından əməkdaşlıq edən yerli fermerlərdən ibarət nümayəndə heyəti ilə dəyirmi masa formatında görüşü baş tutub. Qonaqları səmimi qəlbdən salamlayan VŞQ-nin təsisçisi və baş icraçı direktoru Aydın Talıbov rəhbərlik etdiyi şirkətin dünyanın nüfuzlu banklarından biri olan AİB ilə səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib və gələcəkdə də bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını vurğulayıb. A.Talıbov həmçinin VŞQ-nin fəaliyyət göstərdiyi 31 il ərzində əldə etdiyi uğurlardan, ölkə iqtisadiyyatına verdiyi töhfələrdən və gələcək perspektivlərdən qonaqlara qısa məlumat verib. O, rəhbərlik etdiyi şirkətin yerli fermerlərlə sıx əməkdaşlıq etdiyini və onların inkişafına xüsusi önəm verdiyini qeyd edib. A.Talıbov bildirib ki, "Veysəloğlu” insan kapitalının inkişafına da xüsusi diqqət ayırır və hər il 3 minə yaxın yeni iş yeri açmağa müvəffəq olur.
Daha sonra VŞQ-nin Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev Şirkətlər Qrupunun nailiyyətləri, real göstəriciləri və gələcək planları ilə bağlı ətraflı təqdimatı qonaqların diqqətinə çatdırıb.
AİB prezidenti Masato Kanda səmimi qəbula görə təşəkkürünü bildirib və şirkətlə bağlı təqdimatdan razı qaldığını vurğulayıb. O, həmçinin qeyd edib ki, Azərbaycan Asiya və Avropa arasında strateji birləşdirici rolunu gücləndirir: "Ölkədə yeni nəqliyyat dəhlizlərinin inkişafı, bərpa olunan enerji layihələrinin sürətləndirilməsi və iqtisadi diversifikasiya istiqamətində görülən işlər artım, ticarət və regional əməkdaşlıq üçün yeni imkanlar yaradır”. AİB rəhbəri əlavə edib ki, onlar Azərbaycanda fəaliyyət göstərən özəl sektorla da yaxından əməkdaşlıq etməkdə maraqlıdırlar.
Logistik Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaları məqsədilə qonaqlar üçün infotur təşkil edilib. Məhəmmədi Logistika Mərkəzin rəhbəri Anar Adilzadə AİB nümayəndə heyətinə geniş təqdimat verdikdən sonra tədbirdə iştirak edən yerli fermerlər Masato Kandaya VŞQ və ona daxil olan bizneslərlə səmərəli əməkdaşlıqdan məmnun olduqlarını ayrıca ifadə ediblər.
Tədbirin sonunda xatirə fotoları çəkdirilib və VŞQ-nin təsisçisi, baş icraçı direktoru Aydın Talıbov Masato Kandaya xüsusi hədiyyə təqdim edib.
Xatırladaq ki, Masato Kanda Azərbaycana etdiyi səfərlə bağlı yekun videohesabatında ölkəmizdə keçirdiyi mühüm görüşlərlə yanaşı, VŞQ ilə baş tutan təmasa da vurğu edib və bununla bağlı fotoları şəxsi sosial şəbəkə hesablarında paylaşıb.
Qeyd edək ki, 2024-cü ildə Asiya İnkişaf Bankı və Veysəloğlu Şirkətlər Qrupunun "Araz” supermarketlər şəbəkəsi arasında Azərbaycanda kənd təsərrüfatının inkişafını və ərzaq təhlükəsizliyini dəstəkləmək məqsədi ilə 10,5 milyon ABŞ dolları həcmində (10 milyon kredit, 0,5 milyon qrant) saziş imzalanıb.























































