Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Müşviq Məmmədli icbari sığorta ilə bağlı təkliflər verdi
“Azərbaycanın ərazi bütövlüyünün bərpasından və möhtəşəm qələbəsindən sonrakı iqtisadi inkişafı və hər il dövlət büdcəsindəki artımlar, ölkə Prezidentinin nə qədər ugurlu iqtisadi siyasət yürütdüyünün parlaq sübutudur.
Cox diqqətəlayiq haldır ki, dövlət büdcəsinə yönələn vəsaitlərin artımında qeyri-neft sektorunun rolu xeyli artıb. Büdcə xərclərində səhiyyə xərclərinin (2 mlrd. AZN-dən cox) payının 4,9 % olması və kecən ilə nəzərən 30,7 mln. AZN cox olması siyasətin sosial dövlət istiqamətində davam etməsini göstərir.
İcmal büdcəyə nəzər yetirərkən İTSF-in xərclər büdcəsinin 1.976 mln azn(fondun gəlirləri)+645.5 mln. AZN (fondun istifadə olunmamış qalıgı)=2.6621.5 azn olması həm effektivlik və qənaətin ön planda olmasının göstəricisidir.
Səhiyyə xərclərinin artım dinamikasına nəzər yetirərkən bu artımın son 10 ildə dayanıqlı hal aldığını müşahidə edirik. 780 mln AZN səhiyyə büdcəsinin hal hazırda icmal büdcə nəzərə alınmaqla 4 milyarda yaxınlaşması ölkə rəhbərinin vətəndaşlarının sağlamlığına verdiyi önəmin göstəricisidir”.
sumqayitxeber.com xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında 2026-cı il üzrə dövlət büdcəsinin müzakirəsi zamanı deputat Müşviq Məmmədli deyib.
Deputat qeyd edib ki, ayrılan vəsaitlər səhiyyə sisteminin modernləşməsində və yeni-yeni uğurların qazanılmasında təzahür edir:
“Belə ki, Qafqazda ilk dəfə meyit donordan ürək transplantasiyasının həyata kecirilməsi regionlarda Təbib tabeli müəssisələrdə ilkin səhiyyə sisteminin yenidənqurulması istiqamətində pilot layihənin həyata kecirilməsindəki uğurları misal göstərmək olar. Bununla birlikdə büdcə vəsaitlərindən səmərəli və effektiv istifadə baxımından bəzi fikir və mülahizələrimi bildirmək istəyirəm:
1. Ölkə üzrə bütün səhiyyə sistemində vahid yanaşma tətbiq edərək həm ştat cәdvәllərinin, həm də əməyin ödənilməsinin sadələşdirilmiş və optimallaşdırılmış modelinin yaradılması.
2. Yerli səhiyyə qurumları olan PHŞ-lərdə tələb olunan tibbi xidmətlərin cərcivəsini genişləndirməklə əhaliyə göstərilən tibbi yardımın ceşidini keyfiyyətini və əlcatanlıgını artırmaqla İTSF-in izafi xərclərinin qarşısının alınması.
3. Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-tədqiqat institutlarının modernizasiyası və xidmət ceşidlərini artırmaqla regionlarda da fəaliyyətin artırılması.
4. İcbari sığorta vəsaitlərindən istifadə zamanı iqtisadi cəhətdən əsaslandırılma və Rəqabət Məcəlləsinin müddəaları nəzərə alınmalıdır.
5. Rəqəmsallaşma və daha inkişaf etmiş informasiya texnologiyaları tətbiq eməklə səhiyyə idarəciliyində modern korporativ modellərin tətbiqi.
6. Bu sahədə dövlət müəssisə və təsərrüfat subyektlərinin yeni korporativ idarəetmə modellərinin Azərbaycan İnvestisiya Holdinqinin xüsusən də Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin(AZCON) uğur modeli digər sahələrdə də tətbiq oluna bilər.
Cünki süni intellekt və kibertəhlükəsizlik Cənab Prezident tərəfindən müəyyənləşdirilmiş gələcək strateji hədəflərdir. Bu sahələrdə dövlətimizin ayırdığı böyük vəsaitlər hesabına dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almış gənclər hərəkətverici qüvvə olacaqdır.
Mənə yaradılan şəraitdən istifadə edərək Quba dövlət sərhəddi,Cici-Təngəaltı avtomobil yolunun yenidənqurulması ücün vəsaitin ayrılması və işlərə başlanılması münasibətilə secicilərimizin adından Cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Büdcə müzakirələrinin keçirilməsində acıq və demokratik mühit yaratdığınız görə Sizə təşəkkür edirəm”.























































