Xəbər Lenti
Dünən, 14:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 16:56
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
8-04-2026, 15:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 14:12
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
8-04-2026, 13:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
7-04-2026, 19:36
Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?
7-04-2026, 17:16
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
7-04-2026, 13:12
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
Tarixi görüş-Münhen Təhlükəsizlik Konfransında mühüm mesajlar

Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında həm ikitərəfli formatda vacib görüşlər keçirdi, həm də panel-müzakirələrdə çox mühüm tezislərlə çıxış etdi. Prezidentin çıxışları ilk növbədə Azərbaycanı narahat edən fundamental məsələlərlə bağlı idi”.
15 fevral 2023 cü ildə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Prezident İlham Əliyevin 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərin, verdiyi müsahibələrin hər biri, müxtəlif mövzular ətrafında plenar iclaslarda iştirakı və sair kimi biri-birindən mühüm hadisələr Azərbaycanın, ölkə Prezidentinin nüfuzunun təqdimatı oldu.
Tədbirdə birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva da iştirak ediblər.
Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.
Azərbaycanın ədalətli mövqeyinin, haqq mübarizəsinin və qalibiyyətinin təsdiqi və qəbuludur. Dövlət başçısı İlham Əliyev təhlükəsizlik baxımından Cənubi Qafqazın xəritəsini təqdim etdi. Builki görüşdə iştirakçıların say tərkibinin genişliyi gündəlikdə olan məsələyə marağın göstəricisi idi. Azərbaycan iki ildən artıqdır ki, sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir və bunu qarşı tərəfdən də tələb edir.
Keçirilən plenar iclasda səsləndirilən suallar fonunda Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması məsələsinin aktuallığı və iştirakçıların bu məsələyə marağı dövlət başçısı İlham Əliyevin “Əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi” fikirlərində bir daha özünün aydın ifadəsini tapır. Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin təşəbbüsü əsasında Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən görüş də ölkəmizin haqqın, ədalətin yanında olduğunu nümayiş etdirdi. Dövlət başçısı bu görüşdən sonra televiziya kanallarına müsahibəsində belə bir əminliyi ifadə etdi ki, əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ədavət dövrünün arxada qalması mümkün olacaq”.
“Münhen Təhlükəsizlik Konfransının builki görüşü ölkəmiz üçün mühüm məqamlarla yadda qaldı. Dövlət başçısı İlham Əliyev bir daha bəyan etdi ki, bu gün həqiqətləri gizlətmək, yaxud da təhrif etmək mümkün deyil. İnformasiya dünyası dövründə yaşayırıq. Qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar ciddi qəbul edilmir. Azərbaycanın mövqeyi birmənalıdır. Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxmalıdır”
Müzəffər Ali Baş Komandan İlham Əliyev plenar iclasda Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, Dağlıq Qarabağ sözünün qüvvədən düşdüyünü, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahidin olmadığını bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Azərbaycan xalqı müharibənin nə olduğunu bilir. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə Avrasiyada sülhün bərqərar olmasını istəyirik. Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar.
İranda baş vermiş hadisə Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktıdır. Terrorçu 30-40 dəqiqə ərzində tərk-silah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilərə Terrorçunu əliyalın tərk-silah etmiş mühafizə işçilərindən birinin cəsarəti onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar. Azərbaycan səfirliyimizdə baş vermiş məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edir. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. İki gündən sonra terrorçu əqli çatışmazlığı olan insan kimi elan edildi. İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Prezident İlham Əliyev Münxendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına da müsahibə verdi. İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə vəziyyət tamamilə dəyişmişdir. Yeni reallıqlar ortaya çıxdı və biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində bizim mövqeyimiz tamamilə məntiqlidir. Azərbaycan istəyir ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır. Azərbaycan istəyir ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.
Beləliklə, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı kimi mühüm platformada Azərbaycanın haqlı mövqeyi arqumentlərlə dünya ictimaiyyətini çatdıraraq Ermənistan və havadarlarının bu dövr ərzində apardıqları anti-Azərbaycan kampaniyasını bir daha ifşa etdi, rəsmi Bakının regionda sülh və inkişafı dəstəklədiyini ortaya qoydu”.























































