Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövcud reallığa əsaslanan xarici siyasət kursunda milli maraqların təmin edilməsi hər zaman dəyişməz prinsip olaraq qalır. Hazırda ölkəmizin qlobal nüfuzu, ölkələrlə qurduğu münasibətlər və beynəlxalq təşkilatlarda təmsilçiliyi Prezident İlham Əliyevin illər ərzində məhz milli maraqların qorunması konsepsiyasına əsaslanan xarici siyasət kursunun real nəticələridir.
Bu prosesin inkişaf istiqamətini iki mərhələdə qiymətləndirmək olar.
Birinci mərhələ 2020-ci ilə qədər - torpaqlarımızın işğalda olduğu dövr idi. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı 2003-cü ildən etibarən ərazi bütövlüyümüzün təmin edilməsi hədəfinə doğru addım-addım yaxınlaşırdı, ölkələr və beynəlxalq təşkilatlarla münasibətlərin qurulmasında da prioritet məqsəd bu olub. 2020-ci ilə qədərki xarici siyasət “balanslı kurs” olaraq qiymətləndirilirdi və politoloji təhlillər bunun nə qədər doğru strategiya olduğunu dəfələrlə isbat edib. Çünki bölgədə hadisələrin Qarabağ fokuslu inkişaf etməsi və həm regional, həm qlobal oyunçuların Cənubi Qafqaza münaqişə üzərindən yaxınlaşması rəsmi Bakını çoxgedişli kombinasiyaya əsaslanan siyasəti izləməyə vadar edirdi. Və Prezident İlham Əliyev bu mürəkkəb vəziyyəti ustalıqla nəzarətdə saxlayaraq, hadisələrin inkişafını milli maraqlarımıza uyğunlaşdıra bildi. 2020-ci ildə Vətən müharibəsi ilə torpaqlarımızın azad edilməsi, ardınca suverenliyimizin bərpası və bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir.
İkinci mərhələ post-münaqişə dövrüdür. Artıq ərazi bütövlüyü və suverenliyini bərpa etmiş Azərbaycan beynəlxalq münasibətlər sistemində mərkəzçi rolunda çıxış edir. Azərbaycan orta güc konsepsiyasına əsaslanan bu rolu çoxtərəfli diplomatiyası nəticəsində üzərinə götürüb, daha dəqiq desək, rəsmi Bakı bütün qlobal rəqabət tərəfləri üçün birləşdirici-mərkəzçi oyunçu hesab olunur.
Bu mərhələdə Azərbaycan qlobal və regional güclərlə bərabərhüquqlu münasibətlər müstəvisində hərəkət edir, geosiyasi proseslərə yön vermək, bir çox hallarda rəqabət tərəfləri arasında körpü olmaq, dialoq platforması yaratmaq missiyasından çıxış edir. Buna paralel şəkildə Azərbaycan qlobal problemlərin – buraya ərzaq təhlükəsizliyi, iqlim problemləri və bu kimi məsələlər daxildir, həllinə öncüllük edir.
Prezident İlham Əliyevin “yol xəritəsi”nə əsaslanan bu siyasət Azərbaycanı geosiyasi proseslərin nüfuzlu oyunçusuna çevirib. Bunun əsas nəticələrindən biri Azərbaycanın son iki ildə beynəlxalq seçkilərdə əldə etdiyi qələbələrdir.
2025-ci ildə əldə olunan nəticələr
Ötən il Azərbaycan beynəlxalq qurumların idarəetmə orqanlarına irəli sürdüyü 14 namizədliyində də uğur qazanıb. Bura BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və digər qurumları, eləcə də UNESCO, İSESCO, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) kimi nüfuzlu təşkilatlar daxildir. Beynəlxalq seçkilərdə 100 faizlik nəticə göstərən Azərbaycanın əsas fəaliyyət istiqamətləri dayanıqlı inkişaf, turizm, miqrasiya, sosial inkişaf, ətraf mühit, mədəni irs və humanitar əməkdaşlıq kimi geniş sferanı əhatə edir. Beynəlxalq təşkilatlarda geniş təmsilçiliyimiz təkcə milli maraqlarımızın təmin edilməsinə yox, eyni zamanda, rəsmi Bakının prioritetlərindən olan qlobal problemlərin həllinə töhfə vermək imkanlarını da yaradır.
2026-cı ilin cari dövründə əldə olunan nəticələr
Təkcə iyun ayında Azərbaycan BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CEDAW), İnsan Hüquqları üzrə Komitə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə maksimum nəticə əldə edib. Bununla yanaşı, əvvəlki illərdə keçirilmiş seçkilərin nəticəsinə uyğun olaraq, İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsilçilik qazanıb. Beləliklə, Azərbaycan nümayəndələri BMT insan hüquqları üzrə mövcud olan 10 müqavilə qurumundan 5-də təmsil olunur. Bu, Azərbaycanın BMT üzvləri arasında Çinlə ikinci və üçüncü yerləri bölüşdürməsi deməkdir.
Rəsmi Bakının çoxtərəfli diplomatiyası və etibarlı tərəfdaşlıqlar qurması nəticəsində əldə olunan bu nəticələr üç kontekstdə xüsusi əhəmiyyət kəsb edir:
1. Qlobal proseslərə birbaşa təsir edən qərarların qəbul edilməsində Azərbaycanın rolu güclənir;
2. Azərbaycan beynəlxalq gündəliyin formalaşmasında seyirçi yox, birbaşa iştirakçıya – qərarvericiyə çevrilir;
3. Regional liderliyi üzərinə götürən ölkəmiz orta güc olaraq, qlobal oyunçular arasına daxil olur.
Məsələyə konkret nümunələr üzərindən də baxa bilərik. BMT-nin müxtəlif qurumlarının rəhbərliyində təmsilçilik o deməkdir ki, Azərbaycan bir, yaxud bir neçə yox, çoxsaylı qlobal istiqamətlər – turizm, səhiyyə, ekologiya, insan hüquqları və s. üzrə qərarverici aktordur. UNESCO-da qərarqəbuletmə prosesində iştirak ölkəmizin mədəni irsin qorunması və təşviqi sahəsində beynəlxalq rolunu daha da gücləndirir. Ki, bu xüsusilə “yumşaq güc” strategiyası kontekstində əhəmiyyətlidir. Azərbaycanın beynəlxalq seçkili orqanlarında əldə etdiyi uğurlar və qlobal qərarların qəbul edilməsində rolunun güclənməsi milli maraqlarımızın daha geniş platformalarda təmin edilməsi imkanlarını da genişləndirir.
Axar.az























































