Menu
Xəbər Lenti
İLAHİ UCALIĞIN 3 İLİ
9-04-2026, 14:07

İLAHİ UCALIĞIN 3 İLİ

Tapdıq Əlibəyli - 65
8-04-2026, 18:31

Tapdıq Əlibəyli - 65

11 Aprel 2026 15:56Manşet / Gündəm

XTQ-nin kəşfiyyatçısı, “Xanış” ləqəbli qəhrəman baş gizir Şərafəddin Xankişiyevlə müsahibə

 

XTQ-lərin kəşfiyyatçısı, “Xanış” ləqəbli baş gizir Şərafəddin Xankişiyev Sərdar oğlu ilə görüşərək ondan qısa müsahibə aldım. Bu müsahibəni sizinlə bölüşmək istəyirəm.


Sual: Neçə il xidmət etmisiniz?


Cavab: Ümumilikdə 22 il 9 ay xidmətim olub. XTQ-lərin döyüş bölməsində isə 20 ildən artıq xidmət etmişəm.


Sual: Hansı kursları keçmisiniz?


Cavab: XTQ-lərin xüsusi kursuna 500 nəfərlə başlamışıq, onlardan yalnız 27 nəfər kursu uğurla bitirmişdir.


Sual: Hansı xarici ölkələrdə kurs keçmisiniz?


Cavab: Türkiyə və Azərbaycanda Pakistan XTQ-ləri ilə birgə xüsusi təyinatlı kurslar keçmişəm.


Sual: Neçə dəfə döyüş tapşırıqlarında iştirak etmisiniz?


Cavab: 2012-ci ildən 2016-cı ilə qədər 7–8 dəfə düşmən dərinliyində xüsusi döyüş tapşırıqlarında iştirak etmişəm.


– 2016-cı il Aprel döyüşləri


– 2020-ci il Vətən müharibəsi


– 2021-ci ildə Kəlbəcər istiqamətində bərpa əməliyyatları


– 2022-ci il 4 günlük sarsıdıcı zərbə əməliyyatları


– 2023-cü il antiterror əməliyyatlarının tam iştirakçısıyam


Sual: İndiyə qədər ən uğurlu və düşmənin çoxsaylı canlı qüvvəsini məhv etdiyiniz əməliyyatlar olubmu?


Cavab: İndiyə qədər iştirak etdiyim bütün döyüş tapşırıqları uğurla icra olunub.


Sual: Döyüşlərin hansında ən yüksək səviyyədə iştirak edərək digərlərindən seçilmisiniz?


Cavab: 2022-ci ildə keçirilən sarsıdıcı zərbə əməliyyatlarında düşmənin çoxsaylı canlı qüvvəsini məhv etmişəm. Həmçinin, dövlət dəyəri 10 milyon dollar olan 1 ədəd kəşfiyyat texnikasını (JİTEL), radioelektron mübarizə kompleksini və 3 ədəd silah-sursat daşıyan “Ural” texnikasını şəxsən məhv etmişəm. Bu barədə məlumatlar mediada da yayımlanıb.


Sual: Budöyüşdə göstərdiyinizqəhrəmanlığagörə sizinecə qiymətləndirib, təltifetdilər?


Cavab: Düzdür, adımMilliQəhrəmanadınatəqdimolunmaq üçünrabitə vasitəsilə yuxarı komandanlığagöndərildi. Lakintəəssüfki, mənilayiqincə qiymətləndirmədilər. Vətənsağ olsun.


Sual: Antiterrorəməliyyatlarındanə kimifəaliyyətinizolub?


Cavab: Müharibədən 8 günəvvəlağırsilahların öncəbhəyə çatdırılmasını təminetdim. Dahasonra öncəbhədə müxtəliftapşırıqlaryerinə yetirdim. Antiterrorəməliyyatlarından 7 günəvvəlisə polkovnik-leytenant İdris İsayevilə birlikdə XankəndiXocalı istiqamətində kəşfiyyatagöndərildik. Kəşfiyyatzamanı düşmənin 10 gizlipostununyerinimüəyyənetdik. Hərpostdatəxminən 10–12 nəfər şəxsiheyətinyerləşdiyiniaşkaretdik. Əldə etdiyimizkoordinatları bölməmizə ötürdükvə nəticədə həmindüşmənmövqeləriartilleriyabölmələrimiztərəfindənməhvedildi.


Sual: Antiterror müharibəsindən digər yadda qalan döyüşlərinizi xatırlaya bilərsiniz?


Cavab: Açığı, xatırlamağa ehtiyac yoxdur, çünki bu, mənim keçdiyim döyüşlərdir. Xankəndi istiqamətində, dağların ən yüksək hissələrindən birinin ətəyində mövqe tutmuşduq. Həmin vaxt düşmənin bir mövqeyindən bizə snayperlə atəş açılırdı. Bizim XTQ-nin bir bölməsi həmin mövqeni ələ keçirməyə çalışırdı, lakin düşmən yüksəklikdə yerləşdiyinə görə mövqeni ələ keçirmək çətin idi.


Komandirim mənə əmr verdi: “Xankişiyev, düşmən mövqeyini təyin et və silahla məhv et.” Mən kəşfiyyatda olduğum müddətdə həmin ərazinin koordinatlarını ötürmüşdüm, lakin nədənsə artilleriya oranı vurmamışdı. Komandirimin əmrini alaraq həmin düşmən mövqeyini yenidən müşahidə etdim və orada təxminən 40–45 nəfər düşmən əsgərinin açıq şəkildə yerləşdiyini gördüm. Dərhal həmin düşmən postuna raket zərbəsi endirdim.


Sual: Belə çıxır ki, siz və polkovnik-leytenant İdris İsayev 32 ildən sonra Xankəndi və Xocalı ərazilərinə ilk ayaq basan şəxslərsiniz?


Cavab: Biz 7 gün əvvəl tapşırıq alaraq həmin ərazilərə sızdıq. Çox çətinliklər gördük, əziyyət çəkdik. Bölmələrimizə düşmənin koordinatlarını ötürdük. Hər an əsir düşə bilərdik, amma buna baxmayaraq, biz tapşırığın öhdəsindən gəldik.


Sual: Siz bu qədər müharibə görmüsünüz, heç düşünürdünüz ki, şəhid ola bilərsiniz?


Cavab: Şəhid olmaq Allah tərəfindən insana verilən dəyərli bir qiymətdir. Amma mən müharibəyə gedəndə bu barədə düşünməmişəm. Mən ora şəhid olmaq üçün yox, şəhid qardaşlarımızın qisasını almaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün gedirdim. Bu da bizə qismət oldu.


Sual: XTQ-lərdə sizdən əlavə döyüşçülər varmı ki, layiqincə qiymətləndirilməyib?


Cavab: XTQ-lərin təxminən 50–60%-i Milli Qəhrəman adına layiqdir. İnşallah, nə zamansa cənab Ali Baş Komandan bizim keçdiyimiz döyüş yolları barədə məlumat əldə edər və hər bir döyüşçü öz layiq olduğu qiyməti alar.


Sual: Təqaüddəsiniz, artıq 44 yaşınız var, dəfələrlə müharibələrdə yaralanmısınız. Əgər yenidən müharibə olsa, iştirak edərsinizmi?


Cavab: Əlbəttə, bu vətən bizimdir. Biz cənab Ali Baş Komandanın “dəmir yumruğu”nun bir parçasıyıq. Vətəni qorumaq bizim borcumuzdur. Biz ehtiyatda olsaq da, hər zaman dövlətin yanındayıq.