Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Bir şəklin dili: Qisas, qürur və Vətənə sədaqət
Əzizlərim, şəkildə gördüyünüz mənzərə adi bir foto deyil. Bu, sadəcə obyektivə düşmüş bir an yox, tarixə yazılmış bir döyüş ruhunun, bir əsgər iradəsinin, bir vətən sevgisinin təcəssümüdür. Bu mənzərə kəşfiyyatçı Xankişiyev Şərafəddin Sərdar oğlunun (Xanış Astaralı) şəxsən öz əl işidir – səngərdə yazılan, barıt qoxuyan, alov və dəmir səsləri ilə yaddaşlara həkk olunan bir döyüş səhnəsi.
2022-ci ildə baş verən və hər kəsi sarsıdan 4 günlük müharibə zamanı düşmən təxribata hazırlaşırdı. Lakin bu hazırlıq onların özləri üçün sonun başlanğıcı oldu. Xanış Astaralının peşəkar kəşfiyyat fəaliyyəti nəticəsində düşmənin ərazidə yerləşdirdiyi çoxsaylı texnika və canlı qüvvə dəqiq zərbələrlə tamamilə məhv edildi. Bu zərbələr təkcə hərbi baxımdan deyil, mənəvi baxımdan da düşmənin belini qırdı. On milyonlarla dəyərində ziyan vurulan düşmən mövqeləri alova qərq oldu, sanki göydən onların başına od yağdırıldı.
Bu döyüş səhnəsi bir əsgərin sərrast baxışının, düzgün qərarının və Vətən qarşısında daşıdığı məsuliyyətin nəticəsidir. Xanış Astaralı bu anları sadə, lakin çox mənalı sözlərlə ifadə etdi: “Vətən sağ olsun! Şəhid qardaşlarımın qisasını aldım.” Bu cümlə təkcə bir döyüşçünün yox, bütöv bir xalqın içindən keçən hisslərin səsidir.
Bu şəkil bizə xatırladır ki, Vətən torpağı asan qorunmur. Onun hər qarışı arxasında belə igidlərin qanı, alın təri və sarsılmaz iradəsi dayanır. Xanış Astaralı kimi oğullar olduqca, bu torpağın başı uca, bayrağı daim dalğalanacaq. Vətən sağ olsun!























































