“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Dövlət qurumları niyə xaricdən borc alırlar?
Pərviz Heydərov yazır...
Ölkəmizdə dövlət borcunun ən çox elə məhz, dövlət orqanlarının hesabına yarandığı və yaxud formalaşdığı bəllidir. Söhbət, o dövlət orqanlarından və qurumlarından gedir ki, əslində onların bir çoxu dövlət büdcəsi tədiyyəçiləridilər. Yaxud tədiyyəçiləri olmalıdırlar. Ancaq, sözügedən qurumlar dövlət nəzarətində olduqları üçün heç özlərini belə, borc vəsaitlərsiz təmin edə bilmirlər.
Azərbaycanın yüksək maliyyə dayanıqlığına və xarici borclarını tam qarşılamaq imkanına malik ölkə olduğunu isə hər dəfə xüsusi vurğu ilə qeyd edirik. Cari ilin əvvəli tarixə ölkəmizin strateji valyuta ehtiyatları 85.1 milyard ABŞ dolları təşkil edir ki, bu da xarici dövlət borcu üzrə göstəricini təqribən 17.7 dəfə üstələyir.
Ümumiyyətlə, ölkənin ümumi dövlət borcu (daxili və xarici) 25 milyard 987.5 milyon manat olmaqla, 2025-ci il üzrə Ümumi Daxili Məhsulunun (ÜDM) 20.1%-ni təşkil edib. Bunun 4 milyard 813.5 milyon ABŞ dollarını (təxminən 8.18 milyard manat) xarici, 17 milyard 804.5 milyon manatınısa daxili dövlət borcu sayılır. Daxili borcun doqquz milyard manatı dövlət qiymətli kağızlarının payına düşür.
2026-cı ilin 1 yanvar tarixinə xarici dövlət borcu portfelinin 42.7%-i Maliyyə Nazirliyinin, 57.3%-isə digər icraçı qurumların icra etdikləri proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklər təşkil edir.
Qısa desəm, Maliyyə Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi ən çox xarici borc alan dövlət qurumları sayılırlar.
Dörd qurumun hər birinin xarici borcu bir milyard manatdan çox təşkil edir. Belə ki, bu ilin əvvəlinə olan məlumata görə, Maliyyə Nazirliyinin 3 milyard 494.9 milyon manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 milyard 433 milyon, "Azərbaycan Dəmir Yolları" QSC-nn 1 milyard 294.6 milyon, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 1 milyard 30.7 milyon manat xarici borcu olduğu qeydə alınıb.
Sual oluna bilər ki, adları çəkilən digər qurumların görəsən, nəyə görə qeyd olunan məbləğdə xarici borcları var və ya niyə həmin qurumların bu qədər borcları olmalıdır? Xüsusən də məsələn, Avtomobil Yolları Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi hər biri üzrə az qala iki milyard manata yaxın olan borclarını bilavasitə özlərinin təsərrüfat hesablarına qaytara bilərmi?
Kənd Təsərrüfatı Nazirliyinin 194.0 milyon manat xarici borcu var. Halbuki, ölkədə aqrar sektorun xarici borca bəlkə daha çox ehtiyacı var. Demək istədiyim budur ki, dövlət adıçəkilən qurumun xətti ilə xarici borclanmaya əslində daha çox yol açmalı, zəmanətlə çıxış etməlidir.
Avtomobil Yolları Dövlət Agentliyi, "Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kimi qurumların "problem və ehtiyaclarını" daxili maliyyə resursları hesabına da ödəmək olar və mümkündür.
Qeyd edim ki, ümumi strateji ehtiyatların təxminən 86.5%-i (yəni 73.5 milyard dollar) Dövlət Neft Ehtiyatları Fondunun (ARDNF) payına düşür. Adları çəkilən qurumların xarici vəsaitlər sayəsində borclanmaları effektiv xarakter daşıyırsa, bunun səmərəlilik dərəcəsi varsa və yaxud üstündürsə, nədən bir milyard manatdan bir az artıq vəsait bank sektoru vasitəsilə ARDNF-ə məxsus ehtiyatdan kredit xətti şəklində açılmır?
Bunun üçün müvafiq hesablanma aparılmalı, qurumların təsərrüfat fəaliyyətləri yoxlanılmalı və mexanizm qurulmalıdır.
Ən nəhayət, bütün qeyd olunanlar fonunda ən narahatlıq doğuran məqam isə odur ki, bu il ölkə üzrə xarici dövlət borcu artırılacaq. Yəni, ötən ilin əvvəlindən məlumdur ki, ölkəmiz xarici borclanma kursunu, yəni bu sahədə siyasətini tezliklə əks istiqamətə doğru dəyişəcək.
2026-cı ilin dövlət büdcəsi haqqında qanunda Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi (limiti) iki milyard, xarici isə altı milyard manat müəyyən olunub. Bu, ötən illə müqayisədə müvafiq olaraq eyni və 71.4% çox deməkdir.
Xarici borclanmanın artırılması əlbəttə problem deyil. Lakin borca dövlət büdcəsindən xidmət məsələsi, başqa sözlə, dövlətin yükləndiyi borclar üzrə əsas məbləğin qaytarılması və faizlərin ödənilməsi prosesi var.
Hər il dövlət büdcəsindən bu məqsədlə pul ayrılır.
2026-cı il üzrə dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üçün 2 milyard 457.6 milyon manat vəsait ayrılıb ki, bu, 2025-ci ilin eyni göstəricisi ilə müqayisədə təxminən 60 milyon manat civarında çoxdur.
Xaricdən borc alınması planı və tendensiyası ilə dövlət büdcəsi gəlirlərinin qarşıdakı illərdə artım tempi arasında yarana bilinəcək disbalans nəzərə alınmalıdır. Ortamüddətli dövrdə dövlət borcunun həcmi cari səviyyə ilə müqayisədə təqribən 25%-ə qədər yüksələcəyi halda, dövlət büdcəsinin gəlirləri cəmi 1.5 milyard manat və yaxud 3.9% artacaq.























































