Menu
Xəbər Lenti
Abubakarın yeni klubu
Dünən, 17:21

Abubakarın yeni klubu

“Azeri Light” bahalaşdı
28-08-2026, 11:25

“Azeri Light” bahalaşdı

Salam, azad Laçınım!
26-08-2026, 17:17

Salam, azad Laçınım!

02 İyun 2026 08:33Manşet / Sosial

Bu ərazilərdə işıq olmayacaq

 

Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan “Lovain” hava xəttində təmir işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 14:30-dan 17:00-dək rayonun Çayoba, Hamoşam, Kakalos, Qamışoba, Pensər, Sım, Siyaku, Şahağac, Şiyəkəran, Təngərud, Toradi kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.