Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Hörmüzdən keçən gəmilərlə bağlı statistika - Açıqlandı
İranın Hörmüz boğazında gəmi hərəkətini tənzimləmək məqsədilə yaratdığı Fars Körfəzi Su Yolları İdarəsi (PGSA) son aylarda boğazdan keçid üçün daxil olan müraciətlərlə bağlı statistik məlumatları yayımlayıb.
“Qafqazinfo” xəbər verir ki, qurumun açıqlamasına görə, aprel ayından indiyədək İranla əlaqəsi olmayan 300-dən çox gəmi Hörmüz boğazından keçmək üçün icazə almaq məqsədilə müraciət edib.
Müraciət edən gəmilərin böyük hissəsini neft tankerləri təşkil edib.
Statistikaya əsasən, müraciətlərin 42 faizi neft tankerlərinin, 27 faizi quru yük gəmilərinin, 11 faizi konteyner daşıyan gəmilərin, 8 faizi mayeləşdirilmiş təbii qaz (LNG) tankerlərinin, 6 faizi ümumi yük gəmilərinin, 4 faizi isə xidmət gəmilərinin payına düşüb.
PGSA bildirib ki, Fars körfəzindən çıxmaq üçün müraciət edən gəmilərin əsas təyinat istiqamətləri Asiya ölkələri olub. Bu marşrutlarda xüsusilə Çin və Hindistan seçilir.
Məlumata görə, Fars körfəzinə daxil olmaq istəyən gəmilərin təyinat ölkələri arasında ilk yerdə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. Gəmilərin 34 faizi BƏƏ-yə, 31 faizi Qətərə, 17 faizi İraqa, 10 faizi Küveytə, 3 faizi Səudiyyə Ərəbistanına və 3 faizi Omana istiqamətlənib. Digər ölkələrin payı isə 2 faiz təşkil edib.
Körfəzdən çıxan gəmilərin təyinat istiqamətləri üzrə bölgüdə Çin 28 faizlə ilk sırada yer alıb. Hindistanın payı 19 faiz, digər Asiya ölkələrinin payı 23 faiz olub. Avropa istiqamətinə gedən gəmilər 12 faiz, Afrika ölkələrinə yollananlar 10 faiz, digər regionlara gedənlər isə 8 faiz təşkil edib.
Qurumun məlumatına əsasən, keçid icazəsi üçün müraciət edən gəmilərin 77 faizi Fars körfəzindən çıxmaq, 23 faizi isə körfəzə daxil olmaq məqsədilə müraciət edib.























































