Xəbər Lenti
Dünən, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
21 Mart 2022 17:51Manşet / İqtisadiyyat
Azərbaycanın xarici ticarət dövriyyəsi 50 faizə yaxın artıb
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,58 faiz və ya 3,54 milyard dollar artaraq 4,4 milyard dollardan 7,94 milyard dollara yüksəlib.
Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsinin strukturunda ixrac 5,967 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,18 milyard dollar və ya təxminən 2,15 dəfə çoxdur. İxracın xarici ticarət dövriyyəsindəki payı bir il əvvəlki 63,36 faizə qarşı 75,16 faiz təşkil edib.
Hesabat dövründə Azərbaycanın idxalı 361 milyon dollar və ya 18,27 faiz artaraq 1 milyard 611 milyon dollardan 1 milyard 972 milyon dollara yüksəlib. Xarici ticarət dövriyyəsində idxalın xüsusi çəkisi bir il əvvəl 36,64 faizə qarşı 24,84 faiz təşkil edib.
Nəticədə hesabat dövründə müsbət qalan xarici ticarət dövriyyəsinin saldosu 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2 milyard 819 milyon dollardan çox və ya təxminən 3,4 dəfə artaraq 3 milyard 995 milyon dollardan çox olub.






















































