Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
SAXTA RADİKAL MÜXALİFƏTİN CİNAYƏT İŞİ İFŞA OLUNDU
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Kanal S televiziyasına geniş və prinsipial müsahibə verərək ölkə gündəmini sarsıdan cinayət işi ilə bağlı mühüm açıqlamalar səsləndirib.
İsmayıl Zalov bildirib ki, dövlətçiliyə qarşı yönəlmiş hər hansı təhdid sadəcə hüquqi məsələ deyil, bu, milli təhlükəsizlik, sabitlik və gələcək nəsillərin taleyi məsələsidir. Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Əli Kərimli barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi üzrə rəsmi ittiham irəli sürülməsi son dərəcə ciddi hüquqi qiymətləndirmənin nəticəsidir.
Rəsmi məlumatlara əsasən, istintaq tədbirləri Ramiz Mehdiyev barəsində aparılan cinayət işi çərçivəsində həyata keçirilir. İddialara görə, dövlət çevrilişi planlarında iştirak və konstitusion quruluşa qarşı yönəlmiş fəaliyyət halları araşdırılır. Zalov vurğulayıb ki, belə ittihamlar əsassız şəkildə irəli sürülə bilməz və hər bir detal konkret fakt və sübutlara söykənməlidir.
9 fevral 2026-cı il tarixində Səbail Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 4 ay müddətinə uzadılması barədə qərar qəbul edilib. Bu qərar istintaqın davam etdiyini və araşdırmaların dərinləşdirildiyini göstərir. Rəsmi açıqlamalarda qeyd olunur ki, ictimai qaydanın pozulması və iğtişaşlara cəlb etmə məqsədilə təxminən 933 min manat məbləğində vəsaitin ayrılması iddiaları da istintaq materiallarında yer alır.
İsmayıl Zalov müsahibəsində xüsusi vurğulayıb ki, aparılan istintaq obyektiv, hərtərəfli və qanun çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, ortaya qoyulan faktlar və sübutlar artıq ictimaiyyət üçün də bir çox məqamlara aydınlıq gətirib və iddia olunan cinayət xarakterli əməllərin miqyasını açıq şəkildə göstərir. “Hüquqi dövlət prinsipində əsas meyar emosiyalar deyil, sübutlardır. Bu işdə isə sübut bazasının kifayət qədər ciddi olduğu görünür,” – deyə o qeyd edib.
Eyni zamanda, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Əli Kərimli ittihamları qəti şəkildə rədd edərək, onları siyasi motivli və qondarma adlandırıblar. Müdafiə tərəfi həbsin hüquqi əsasının olmadığını bəyan edib. Zalov isə vurğulayıb ki, hüquqi müstəvidə bütün arqumentlər məhkəmə prosesində qiymətləndiriləcək və yekun söz yenə də məhkəməyə məxsus olacaq.
Müsahibənin ən diqqətçəkən məqamlarından biri isə İsmayıl Zalovun Dövlət Təhlükəsizliyi Xidməti haqqında səsləndirdiyi fikirlər olub. O, quruma dərin və xüsusi təşəkkürünü bildirərək onu Azərbaycanın “onurğa sütunu” adlandırıb. “İnsanın onurğa sütununda hər hansı problem yaranarsa, o, iflic vəziyyətinə düşə bilər. Dövlət də eyni şəkildədir. Dövlət Təhlükəsizliyi Xidməti bizim onurğa sütunumuzdur. Əgər bu sütun möhkəm olmasa, dövlət zəifləyər,” – deyə Zalov emosional şəkildə bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik orqanlarının qətiyyətli və prinsipial fəaliyyəti dövlətçiliyin qorunmasında, konstitusiya quruluşunun müdafiəsində və ictimai sabitliyin təmin edilməsində həlledici rol oynayır. Zalov qeyd edib ki, milli maraqlar hər bir siyasi ambisiyadan üstün tutulmalıdır və dövlətə qarşı yönəlmiş hər hansı qanunsuz fəaliyyət gec-tez hüquqi qiymətini alır.
Sonda o vurğulayıb ki, istintaq davam edir, bütün hallar qanun çərçivəsində araşdırılır və cəmiyyət səbrlə məhkəmənin yekun qərarını gözləməlidir. “Ədalət gecikə bilər, amma gec-tez təntənə qazanır,” – deyə İsmayıl Zalov fikirlərini tamamlayıb.





















































