UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib
Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığı nəzərdə tutan Saziş təsdiqlənib - FƏRMAN
Elgin Həbibullayevin rəhbərlik etdiyi icra hakimiyyətində İXTİSARLAR: Müavinini və şöbə müdirini də İŞDƏN ÇIXARDI
Yol təsərrüfatında fədakarlıq və dövlətə sədaqət nümunəsi: Vahid Muradovun rəhbərliyi ilə Siyəzən tollarında yeni nəfəs
Siyəzən 2 saylı Yol İstismar İdarəsinin rəisi Vahid Muradov uzun illərdir ki, yol təsərrüfatında peşəkarlıq, məsuliyyət və dövlətə sədaqət meyarlarını öz fəaliyyəti ilə təsdiqləyən rəhbər kimi tanınır. Onun rəhbərliyi altında idarə yalnız texniki göstəriciləri ilə deyil, həm də sosial məsuliyyət anlayışı, şəhid və qazilərə göstərilən xüsusi diqqət və qayğı ilə seçilir. Vahid Muradovun fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin əsas prioritetlərinə – təhlükəsiz, dayanıqlı və keyfiyyətli yol infrastrukturunun qurulmasına xidmət edir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yol infrastrukturunun ölkənin sosial-iqtisadi inkişafında aparıcı rol oynaması məhz bu ardıcıl siyasətin nəticəsidir. Regionların inkişafı, kənd və şəhərlərin bir-biri ilə etibarlı bağlantısı, iqtisadi aktivliyin artması yolların keyfiyyətindən birbaşa asılıdır. Vahid Muradov bu böyük strategiyanın yerli icra mexanizmlərində peşəkar icraçılarından biri kimi tanınır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkə üzrə avtomobil yollarının yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması və təhlükəsizlik səviyyəsinin yüksəldilməsi istiqamətində misilsiz işlər görülüb. Bu prosesdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun əməli fəaliyyəti xüsusi qeyd olunmalıdır. Agentliyin çevik idarəetməsi, şəffaf yanaşması və texniki yeniliklərə açıq olması regionlarda yol təsərrüfatının keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edib. Siyəzən rayonu da bu müsbət dəyişikliklərdən kənarda qalmayıb.
Vahid Muradovun rəhbərlik etdiyi Siyəzən 2 saylı Yol İstismar İdarəsi rayonda yolların cari və əsaslı təmiri, mövsümi qulluq, təhlükəsizlik tədbirləri və operativ xidmət sahəsində nümunəvi fəaliyyət göstərir. Qış aylarında yolların açıq saxlanılması, yaz-yay mövsümündə asfalt-beton örtüyünün bərpası, yol nişanlarının yenilənməsi və piyadaların təhlükəsizliyinin təmin edilməsi onun gündəlik nəzarətindədir. Bu işlərdə əsas prinsip keyfiyyət, vaxtında icra və vətəndaş məmnunluğudur.
Vahid Muradov dövlətə və dövlətçiliyə xidmət anlayışını yalnız vəzifə borcu kimi deyil, mənəvi məsuliyyət kimi qəbul edir. Onun üçün yol yalnız asfalt və beton deyil – insanların həyatına, təhlükəsizliyinə və rifahına açılan yoldur. Bu baxımdan, o, kollektivində intizam, peşəkarlıq və vətənpərvərlik ruhunu daim yüksək səviyyədə saxlayır. Gənc mütəxəssislərin yetişdirilməsi, təcrübəli kadrların bilik və bacarıqlarının paylaşılması da idarənin əsas prioritetlərindəndir.
Xüsusilə vurğulanmalı məqamlardan biri də Vahid Muradovun şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdır. O, bu kateqoriyadan olan vətəndaşların problemlərinə həssas yanaşır, onların sosial ehtiyaclarının qarşılanmasına imkan daxilində dəstək göstərir. Şəhid ailələrinin ziyarəti, qazilərin müraciətlərinə operativ baxılması və mənəvi dəstək tədbirləri onun fəaliyyətində xüsusi yer tutur. Bu yanaşma təkcə humanist mövqe deyil, həm də dövlətin və xalqın dəyərlərinə sədaqətin göstəricisidir.
Nəticə etibarilə, Siyəzən 2 saylı Yol İstismar İdarəsinin rəisi Vahid Muradov öz fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi yol infrastrukturu siyasətinə layiqli töhfə verir. Saleh Məmmədovun rəhbərlik etdiyi Agentliyin xətti ilə həyata keçirilən islahatların yerlərdə uğurla icrası məhz belə məsuliyyətli rəhbərlərin əməyinin nəticəsidir. Vahid Muradovun işi, dövlətə sədaqəti və insanlara xidmət prinsipi onu yol təsərrüfatında etibarlı və nüfuzlu rəhbər kimi səciyyələndirir.






















































