“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Tanıdığı qadının evinə girib ərini bıçaqladı
Sosial şəbəkələrdə tanış olduğu qadının ərini bıçaqlayaraq ona ağır xəsarət yetirən Kənan Məmmədzadənin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən yekun iclasda dövlət ittihamçısı Kənan Məmmədzadənin 15 il 3 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm oxunaraq təqsirləndirilən Kənan Məmmədzadə 14 il 3 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 29 may 2025-ci ildə Bakının Bayıl ərazisində baş verib. Kənan Məmmədzadə tanışı olan qadının həyat yoldaşı Xəyal Ramazanova münaqişə zəminində bıçaqla xəsarət yetirib.
Məhkəmədə qadının verdiyi ifadədən məlum olub ki, Kənan hadisə baş verən gün onu həkimə aparmaq üçün yaşadığı evin qarşısına gəlib. Evdən haray eşidən K.Məmmədzadə mənzilə daxil olub və qadının X.Ramazanov tərəfindən döyüldüyünü görüb. Bu da Kənanla Xəyalın mübahisəsinə səbəb olub. Mübahisə zamanı Kənan Xəyalə bıçaqla xəsarət yetirib.
Faktla bağlı Kənan Məmmədzadəyə Cinayət Məcəlləsinin 29, 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.4 (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 157.1 (Mənzil toxunulmazlığını pozma) maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Elgün Həsənli























































