Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Səhnənin inkişafına xidmət edən rəhbər – Gəncə Dövlət Milli Dram Teatrının direktoru Ədalət Hacıyev
Azərbaycan Ordusunun Şərəf Günü: YAP Səbail rayon təşkilatı hərbi hissədə 26 İyun – Silahlı Qüvvələr Gününü təntənə ilə qeyd etdi
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
"Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov: Qalib Ordumuz – Güclü Azərbaycanın qürur salnaməsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Şanlı Azərbaycan ordusu – dövlətimizin gücü, xalqımızın qüruru
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
"Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər müəyyənləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Konsepsiyanın 2026-2030-cu illər üzrə həyata keçirilməsini nəzərdə tutan Tədbirlər Planının ayrı-ayrı bəndləri ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb. Bu prosesə Ədliyyə, İqtisadiyyat, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Turizm Agentliyi, Əqli Mülkiyyət Agentliyi, AMEA, eləcə də İçərişəhər və Şuşa Dövlət Qoruqları da cəlb olunub.
Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası da Tədbirlər Planının icrası ilə bağlı müvafiq yarımbəndlər üzrə təkliflərini müəyyən olunmuş müddətlərdə hökumətə təqdim etməlidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə Konsepsiyanın icrasının monitorinqi və qiymətləndirilməsi üçün Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində xüsusi modulun yaradılması tapşırılıb. Monitorinq və qiymətləndirmə prosesinin 2027-ci ildən etibarən illik əsasda həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirlər Planının əsas icraçı qurumları məsul və cavabdeh şəxsləri müəyyən etməli, illik hədəf indikatorlarını hazırlamalı və layihələr üzrə məlumatları rüblük və illik əsasda elektron sistemə yerləşdirməlidirlər.
Konsepsiyanın icrasının əlaqələndirilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında İşçi qrup formalaşdırılacaq və ildə iki dəfə icra vəziyyəti müzakirə ediləcək.
Tədbirlər Planında nəzərdə tutulmuş layihələrin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi hallarında Maliyyə və İqtisadiyyat nazirlikləri xərclər barədə məlumatların elektron sistemdə yerləşdirilməsini təmin edəcək.
Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə olunub.






















































